Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Amerikanın Fluor Limited şirkəti Azərbaycanın neft-qaz-kimya kompleksinin idarə olunması üzrə tenderdə qalib gəlib

 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) özünün Neft və Qaz Emalı və Neft Kimyası Kompleksi layihəsinin idarəetmə kontraktını ABŞ-ın Fluor Limited şirkətinə təqdim edib. Bu,  tenderin nəticələrinə görə baş tutub.

Fluor məbləgi açıqlanmayan kontraktın icrasına 2015-ci ildə başlayacaq. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Layihə meneceri olaraq Fluor SOCAR-a sözügedən layihə çərçivəsində qaz emali zavodunun və neft-kimya zavodlarının mühəndis işləri, təchizatı, inşaatı işə salınması işlərini həyata keçirən podratçıların müəyyənləşdirilməsində yardım edəcək.

Fluor şirkətinin Avropa, Afrika və Yaxın Şərqdə Enerji və Kimya məsələləri üzrə prezidenti Tako de Haan öz şirkətinin SOCAR tərəfindən bu kimi dünyamiqyaslı layihə rəhbəri kimi seçilməsindən qürur keçirdiyini bildirib.

"Fluor hasilat layihələrinin həyata keçirilməsində öz bacarığını nümayiş etdirib və şirkət təhlükəsizlik, keyfiyyət və qiymət səmərəsi baxımından işin öhtəsindən uğurla gələcək”, - o qeyd edib.

Layihənin icrası Fluor-un İngiltərənin Farnboroda yerləşən ofisi tərəfində həyata keçiriləcək. Sözügedən ofis çoxsaylı enerji, kimya, hökumət, sənaye, infrastruktur, mədən və elektrik enerjisi sahələrində xidmətlər göstərir.

.

contact.az

.

Maybe you are interested in:

Azərbaycan Rusiya ərazisilə neft tranzitini bərpa edir

Tehran Xəzərdə neft-qaz yataqlarının birgə işlənməsini təklif edir

SOCAR öz işçilərinin əməkhaqlarını artıra bilməyəcək

OGPC: Məntiq nikahı

SOCAR Awards Contract for OGPC Project to U.S. Company Fluor

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz