Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Tehran Xəzərdə neft-qaz yataqlarının birgə işlənməsini təklif edir

 

İranın neft naziri bildirib ki, prezident Ruhani bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə ona Xəzərdə neft-qaz əməkdaşlığına dair yeni plan təklif edəcək.

MEHR agentliyinin məlumatına görə, Azərbaycan prezidentinin Tehranda bugünkü görüşü zamanı İran Azərbaycana Xəzər dənizində neft-qaz yataqlarının istismarı və mübadiləsi üzrə təklifləri təqdim edəcək.

Tehranın təklifləri iki ölkənin dənizdə neft-qaz yataqlarının birgə işlənməsi, həmçinin neft-qaz ticarətinin genişləndirilməsinə aiddir.

İranın neft naziri Bijan Zanqane Tehranın Azərbaycanla xam neft və qaz mübadiləsinə hazır olduğunu bildirib. O qeyd edib ki, İ.Əliyevin səfəri çərçivəsində bu mövzu yüksək siyasi səviyyədə - iki dövlət başçısının görüşündə müzakirə ediləcək.

Zanqane həmçinin qeyd edib ki, Xəzər dənizində neft hasilatı xərcləri İran və qonşu ölkələr üçün olduqca çoxdur; Xəzəryanı ölkələr arasında əməkdaşlıq xərclərin azaldılmasına gətirib çıxaracaq.

Milli Qaz Şirkətinin (NIGC)  direktoru Həmid Reza Araqi gündəlik 50-60 mln. kub metr təbii qazın nəqli ilə bağlı Rusiya və Azərbaycanla danışıqlara başlandığını bildirib.

Bundan öncə İranın Milli Neft Şirkəti Qazaxıstan və Rusiya ilə neft (swap) mübadiləsinə dair danışıqlar aparıb.

Həmçinin İran tərəfi neft və qazın kəşfiyyatı, nəqli üçün öz dəniz infrastrukturunu inkişaf etdirməyə hazır olduğunu bildirib. 

.

www.contact.az

.

Maybe you are interested in:

Azərbaycan Rusiya ərazisilə neft tranzitini bərpa edir

SOCAR öz işçilərinin əməkhaqlarını artıra bilməyəcək

ABŞ Azərbaycanın qeyri-neft sektoruna investisiyaları artıracaq

Əfqanıstanın neft naziri Bakıda səfərdədir

Amerikanın Fluor Limited şirkəti Azərbaycanın neft-qaz-kimya kompleksinin idarə olunması üzrə tenderdə qalib gəlib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz