Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Əfqanıstanın neft naziri Bakıda səfərdədir

 

Əfqanıstanın mədən və neft naziri Daud Şah Saba aprelin 9-da Azərbaycana səfərə gəlib. Elə bu gün FHN rəhbəri Kəmaləddin Heydərov onu qəbul edib.

FHN-in saytındakı məlumata əsasən, Heydərov qonağa iki ölkənin müvafiq idarələri arasında əməkdaşlığın perspektivləri, Azərbaycan və Əfqanıstanın dövlət xadimlərinin qarşılıqlı səfərlərinin faydaları haqqında məlumat verib.

Cavab sözündə Saba idarəsinin Azərbaycan FHN ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Daha sonra tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Azərbaycan Əfqanıstanda güc qurumlarının işçilərinin və diplomatların hazırlanmasına və təliminə kömək edən donor ölkələrdən biridir. Bundan başqa, Azərbaycan müntəzəm olaraq Əfqanıstana dəstək üzrə beynəlxalq səylər çərçivəsində bu ölkənin sosial və digər problemlərinin həllinə kömək edir.

Bu yaxınlarda, 1 dekabr 2014-cü il tarixində Əfqanıstan prezidenti Qani Ahmadzayın Bakıya səfəri zamanı iki ölkə arasında əməkdaşlığın sahələri və bir çox məsələlər müzakirə olunub. Xüsusən, Qani həmi vaxt Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşüb. 

.

contact.az

.

Maybe you are interested in:

Azərbaycan Gürcüstana ildə 500 milyon kubmetr əlavə qaz verəcək

Tehran Xəzərdə neft-qaz yataqlarının birgə işlənməsini təklif edir

İ.Əliyev və N.Patruşevin regional təhlükəsizlik məsələlərini müzakirə edib (YENİLƏNİB)

Elmar Məmmədyarov Azərbaycan-Aİ tərəfdaşlığı üçün şərtləri açıqlayıb

İlham Əliyev AŞPA həmməruzəçilərini və Britaniyanın elçisini qəbul edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz