Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Moskva və Ankara qarşılıqlı sanksiyalara hazırlaşırlar

 

Rusiya bombardmançı Cy-24 təyyarəsilə bağlı insidentə görə Türkiyə ilə əməkdaşlıqdan imtina etməyə və birgə biznes-layihələri pozmağa hazırdır. Bu barədə "Kommersant” dövlət qurumlarındakı yüksək vəzifəli mənbələrə isnadla bildirib.

Rusiyanın digər KİV-i "Türk axını” qaz kəməri layihəsindən  və Türkiyədə atom stansiyasının inşasından imtina daxil olmaqla, "sərt” tədbirlərin olacağından xəbər verirlər. 

Moskvanın münasibətlərin gərginləşməsinə gedəcəyi bəllidir. Lakin bu, Ankaranı cavab tədbirlərinə  sövq edəcək. Bu vəziyyətdə ən məntiqli görünən Rusiya hərbi gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməsinə qadağa qoyulmasıdır. Hazırda Suriyada döyüşən hərbi texnika oraya məhz bu yolla keçib.

Montre konvensiyasına görə,  Türkiyə bunun müharibə təhlükəsi yaratdığını hesab edirsə belə qadağa tətbiq etmək hüququ var. Rusiya hərbçilərinin Suriyada olması isə məhz buna gətirib çıxardı. Bu, Moskva üçün Suriyada hərbi əməliyyatların aparılması şəraitinin sərtləşdirilməsi və əlavə xərclər demək olacaq.

Praktikada Rusiyanın Aralıq dənizində hərbi fəallığı ciddi şəkildə çətinləşəcək, indiki qruplaşma isə blokadaya alınacaq. Görünür, Moskvanın NATO və Türkiyəni saymadan Suriyada özünün qayda-qanun yaratmaq istəməsinə görə Ankara bu dəyişikliyə hazırdır.

.

www.contact.az

.

Maybe you are interested in:

Ərdoğan Rusiyanı kəskin tənqid edib

ABŞ analitikləri: Rusiya-Türkiyə qarşıdurması Qafqazda təhlükəsizlik şəraitini pisləşdirir

Bakı Rusiya və Türkiyə arasında barışıq üçün vasitəçi olmağı təklif edib

Türkiyə Suriya türklərinin yaşayış məntəqələrinə aviazərbələrdən sonra Rusiyaya etirazını bildirib

Putin Yerevandakı davranışına görə cavab verir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz