Türkiyə Suriya türklərinin yaşayış məntəqələrinə aviazərbələrdən sonra Rusiyaya etirazını bildirib
Cümə günü Türkiyə XİN Suriyanın şimalında Rusiya təyyarələrinin Suriya türklərinin (türkmənlərin) yaşayış məntəqələrini "intensiv” bombardman etməsi ilə əlaqədar etirazını bildirmək üçün Rusiya səfirini çağırıb. Bu barədə Türkiyə baş naziri Ahmet Davutoğlu bildirib, xəbəri Reuters yayıb.
Türkiyə XİN-in yaydığı bəyanatda deyilir ki, Suriyada türkmən kəndlərinə vurulan zərbələrin "cidi nəticələri ola bilər”. XİN əməliyyata dərhal son qoymağa çağırıb.
Türkiyənin silahlı birləşmələri Əsəd rejiminə qarşı döyüşən Suriya türklərinin müdafiəsi üzrə öhdəliyi var. Oktyabrın əvvəllərində Suriya Türk Assambleyası artıq Rusiyanı Moskvanın terrorçu kimi qadağan edilmiş "İslam Dövləti”nin mövqelərini hədəf aldığını iddia etdiyi Tell-Biss yaşayış məntəqəsinin bombardman edilməsi zamanı 50-dan çox dinc sakinin, o cümlədən etnik türklərin həlak olmasında ittiham edib.
Suriya türkləri ərəblərdən və kürdlərdən sonra Suriyanın sayça üçüncü xalqıdır. Türkiyənin Daily Sabah qəzetinin məlumatına görə, Suriyanın hökumət qoşunları artıq bir neçə gündür ki, Latakiya əyalətinin kəndlərində hərbi əməliyyat həyata keçirir. Nəşr qeyd edir ki, əməliyyat Rusiya aviasiyasının dəstəyi ilə həyata keçirilir.
Rusiya aviasiya qrupu Suriyada hərbi əməliyyata sentyabrın 30-da başlayıb. Onun məqsədi kimi terrorçulara qarşı mübarizə və onların mövqelərinin bombardman edilməsi elan olunmuşdu. Bombardman başladıqdan sonra bir çox Qərb ölkələri bildiriblər ki, Rusiya təyyarələri prezident Bəşər Əsədin düşmənlərinin, o cümlədən "mülayim müxalifət” mövqelərini bombalayır.
.
Maybe you are interested in:
Rusiyaya məxsus Cy-24 təyyarəsinin pilotu Suriya türklərindədir