Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Əhməd Davudoğlu: “Rusiya 57 hava hücumundan ancaq 2-də hədəfi düz vurub”

 

Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, Rusiyanın Suriyada indiyə kimi gerçəkləşdirdiyi 57 hava hücumundan 55-i müxalifət qüvvələrinin mövqelərinə endirilib.

Baş nazir bu zərbələrdən ancaq ikisinin "İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasının mövqelərini vurduğunu bəyan edib. Bununla yanaşı Ə.Davudoğlu Rusiya tərəfə "sərhədlər məsələsində Türkiyənin nə qədər həssas olmasını nəzərə alması” barədə xəbərdarlıq edib.

"Bu hava gücumları İŞİD-ə qarşı edilmir. Rus hərbçiləri 57 hava hücumu edib, bunun 55-i muxalifətə qarşı, yalnız ikisi İŞİD-ə qarşı olub. Əgər İŞİD-ə qarşı mübarizə ediləcəksə, bunu birgə etmək lazımdır. Əksinə, Türkiyə sərhədləri yaxınlığında yeni qaçqın axınına, sivil xalqa və Suriya müxalifətinə qarşı hərəkat varsa, bu o deməkdir ki, o zaman hamımızın oturub  müzakirə etməsi lazım olan cox ciddi məsələ var”, -  Ə.Davudoğlu Rusiyanın Suriyadakı hava zərbələrini şərh edib.

Ə.Davudoğlu Suriyada mövcud olan indiki duruma görə Suriya rəhbərliyi qədər bu məsələdə hər hansı anlaşma əldə etməyən BMT Təhlükəsizlik Şurasının da məsuliyyəti olduğunu xüsusi vurğulayıb.

.

www.contact.az

.

Maybe you are interested in:

Ərdoğan Rusiyanı kəskin tənqid edib

Türkiyənin baş naziri Rusiyanın Suriyadakı “imperialist məqsədləri”ndən danışıb

Ekspertlər Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi haqqında

Rusiyanın Xəzər üzərindəki hərəkətləri Azərbaycana təhlükə törədir

NATO Rusiyaya xəbərdarlıq edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz