Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Türkiyənin baş naziri Rusiyanın Suriyadakı “imperialist məqsədləri”ndən danışıb

 

Türkiyənin baş naziri Əhməd Davudoğlu Suriyanın üsyançıların nəzarətində olan İdlib şəhərinə aviazərbələrin endirilməsini pisləyib və bildirib ki, Suriya "Rusiyanın imperialist məqsədləri”nin reallaşması ilə bağlı hədəflərindən biri olmamalıdır, Reuters bildirib.

"Suriya torpağı Rusiyanın imperialist məqsədlərinin bir hissəsi deyil və olmayacaq da”, - Ə.Davudoğlu Ədalət və İnkişaf Partiyası deputatlarının qarşısındakı çıxışında bildirib.

Baş nazir İsraillə diplomatik münasibətlərin bərpasına dair danışıqların gedişini də şərh edib. Onun sözlərinə görə, danışıqlar davam edir, Ankara Tel-Əvivin Qəza bölgəsi ilə xarici aləm arasında əlaqəyə qoyduğu məhdudiyyətlərin yumşaldılmasına israr edir.

Bundan öncə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, Rusiyanın Suriyadakı əməliyyatları zamanı 600 dinc sakin həlak olub. Onların 200-ü bazar günü, dekabrın 20-də Rusiya aviasiyasının İdlib əyalətinə hücumu zamanı həlak olub. 

M.Çavuşoğlu bildirib ki, Rusiya aviasiyası 90% halda müxalifət mövqelərinə və yaşayış məhəllələrinə zərbələr endirir.

.

www.contact.az

.

Maybe you are interested in:

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ, TANAP və Bakı-Tbilisi-Qars dəmiryol layihələrindən danışıblar

Rusiyaya məxsus Cy-24 təyyarəsinin pilotu Suriya türklərindədir

Türkiyə Suriya türklərinin yaşayış məntəqələrinə aviazərbələrdən sonra Rusiyaya etirazını bildirib

Əhməd Davudoğlu: “Rusiya 57 hava hücumundan ancaq 2-də hədəfi düz vurub”

Türkiyənin baş naziri Rusiyanı Krımı işğal etməkdə ittiham edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz