Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Türkiyənin baş naziri Rusiyanı Krımı işğal etməkdə ittiham edib

 

Türkiyənin baş naziri Ahmet Davutoğlu NATO üzvü olan ölkələrin XİN rəhbərlərinin sammitində Krımın "qanunsuz ilhaqının” yolverilməz olduğunu bildirib və Ukraynanı və Krım tatarlarını dəstəkləməyə çağırıb, xəbəri Reuters yayıb.

"Ukrayna öz təhlükəsizliyini və vətəndaşlarının təhlükəsizliyini möhkəmləndirmək üçün dəstək almalıdır. Amma Ukraynaya kömək əli uzadarkən biz Krım sakinlərinin iztirablarını unutmamalıyıq. Krımın qanunsuz ilhaqı heç bir halda qəbuledilməzdir”, deyə Davutoğlu bildirib.

O, həmçinin bildirib ki, Krım tatarlarına dəstək və onların təcridinə son qoyulması Krımdakı vəziyyətdə həlledici əhəmiyyət kəsb edir, deyə UNİAN qeyd edir.

Dünən Antalyada sammitin başlanmasından əvvəl Türkiyə XİN rəhbəri Mevlut Çavuşoğlu bildirib ki, Rusiyanın Ukrayna, Krım və Gürcüstana qarşı əməllərinə "heç nə bəraət qazandıra bilməz”.

Türkiyə xarici işlər naziri Krım tatarlarının hüquqlarının pozulmasının qəbuledilməz olduğunu deyib və Türkiyənin Krımda insan hüquqlarının pozulmasının monitorinqi üçün yarımadaya qeyri-rəsmi missiya göndərməyi planlaşdırdığını qeyd edib.

Türkiyə rəsmilərinin kəskin bəyanatları Vladimir Putinin Yerevana səfərindən sonra səslənib. Putin anım mərasimində 1915-ci ildə Osmanlı İmperiyası ərazisində ermənilərin kütləvi qətlini soyqırım kimi səciyyələndirib. Türkiyə XİN və ölkə prezidenti Recep Tayyip Erdoğan Putinin sözlərini pisləyib.

"Bu, Rusiyanın bu məsələ ilə bağlı "soyqırım” sözündən istifadə etdiyi ilk hal deyil. Putinin bu addımı atması şəxsən məni kədərləndirir. Hazırda Ukraynada və Krımda baş verənlər göz önündədir. Onlar əvvəlcə bunu izah etməli, ondan sonra "soyqırım” sözündən istifadə etməlidirlər”, deyə Erdoğan bildirib.

Bunun ardınca Ankara Rusiya qazının Avropaya nəqlini təmin edəcək "Türk axını” qaz kəmərinin tikintisi haqqında danışıqları pozmağa başlayıb. 

.

contact.az

.

Maybe you are interested in:

Türkiyənin baş naziri Rusiyanın Suriyadakı “imperialist məqsədləri”ndən danışıb

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ, TANAP və Bakı-Tbilisi-Qars dəmiryol layihələrindən danışıblar

Türkiyə Suriya türklərinin yaşayış məntəqələrinə aviazərbələrdən sonra Rusiyaya etirazını bildirib

Avropa İttifaqı Gürcüstana və Ukraynaya vizasız rejim vəd edir

Azərbaycanın Ukrayna siyasəti doğrudurmu?

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz