Rusiyanın Xəzər üzərindəki hərəkətləri Azərbaycana təhlükə törədir
Rusiyanın Xəzər üzərindəki hərəkətləri Azərbaycanın və digər sahilyanı dövlətlərin təhlükəsizliyinə qorxu yaratmaqda davam edir. Lakin nədənsə Bakının buna adekvat reaksiyası yoxdur.
"Nə qədər ki terror aktlarında günahkar olanlar cəzalandırılmayıb, Rusiya "İslam dövləti”nə qarşı mübarizədə Xəzər dənizi hava məkanından istifadə etmək niyyətindədir”, - RF prezidenti Vladimir Putin Türkmənistan başçısı Berdımuhammedovla görüşündə bildirib. "Bizim təyyarəmizlə bağlı faciəvi təcrübəmiz olduğundan günahkarları cəzalandırmaq üçün bunu lazım bildiyimiz vaxta qədər edəcəyik”, - o vurğulayıb.
İndiyədək Türkmənistan prezidenti yeganə dövlət başçısıdır ki, Rusiyanın hərəkətlərindən narahatlığını bildirib və Qazaxıstanın bu zonadan Suriya tərəfə raket buraxılmasından narazılığını bəyan edib.
Putin cavab olaraq deyib ki, qazaxıstanlılar hələ ki ona şikayətlənməyiblər, "lakin bunu nəzərə alacaqlar”. Ballistik raketlərin buraxılmasını "narahatlıq” adlandıran Putin buna terrorizmə qarşı mübarizə ilə bəraət qazandırıb.
Qeyd edək ki, raket buraxılışı Azərbaycan üçün təhlükə törədir, çünki raketlər ölkə istiqamətində uçurlar, Rusiya təyyarələri və gəmiləri isə ölkə sahillərinin yaxınlığındadır. Bundan əlavə, Azərbaycan, Qazaxıstan və Türkmənistanın suverenliyi pozulur.
Təhlükənin ciddi olmasına baxmayaraq, nə XİN, nə də Prezident Administrasiyası baş verənləri hələlik şərh etmirlər.
Rusiya və İran öz hərəkətlərini razılaşdırıblar və Suriya müxalifətinə qarşı hərbi əməliyyatlar apararaq bunu İŞİD-ə qarşı mübarizə adlandırırlar.
RF müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, 29 uzaq məsafəli və cəbhə bombardmançı təyyarələri Xəzər dənizi tərəfdən zərbələr endirib. İlk dəfə olaraq döyüş şəraitində böyük məsafəli qanadlı raketlərdən istifadə edilib.
Rusiyanın hərəkətlərinə görə bir sıra beynəlxalq aviaşirkətlər Xəzər üzərindən mülki təyyarələrin uçuslarını ləğv ediblər və ya dəyişiblər.
.
Maybe you are interested in:
Putin Türkiyə rəhbərliyini dəli adlandırıb