Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Honkonq aviaşirkəti Rusiya raketləri təhlükəsi ilə əlaqədar Xəzər üzərində uçuşları dayandırıb

 

Honkonqun aparıcı aviaşirkəti olan Cathay Pacific İran və Xəzər dənizi üzərindən uçuşları dayandırıb. Şirkət rəhbərliyi Rusiyanın Suriyadakı hədəflərə raket zərbələrinin bölgədə sərnişin təyyarələri üçün təhlükə təşkil edə biləcəyindən ehtiyatlanır.

Cathay Pacific Avropa Aviasiya Təhlükəsizliyi Agentliyindən (EASA) və Beynəlxalq Mülki Aviasiya Təşkilatından (İCAO) müvafiq xəbərdarlıq alıb, xəbəri Channel NewsAsia AFP-yə istinadla yayıb.

"Regiondakı vəziyyətlə əlaqədar Cathay Pacific ötən cümə axşamından etibarən növbəti bildirişi alana qədər İran və Xəzər dənizi üzərindən bütün uçuşları dayandırıb”, deyə şirkətin bəyanatında bildirilir. Bir müddət əvvəl Honkonq aviaşirkəti artıq İraq, Əfqanıstan, Ukrayna və Suriya ərazilərindən keçməmək üçün bir sıra marşrutları dəyişdirib.

Ötən həftə EASA Suriya istiqamətində buraxılan raketlərin İran və İraq ərazisindən keçdiyi, kommersiya aviaşirkətlərinin reyslərini həyata keçirən mülki təyyarələrin marşrutlarından daha aşağıdan keçdiyi haqqında məlumat yayıb.

Bundan əvvəl, çərşənbə günü Avstraliyanın Qantas şirkəti də bildirib ki, Xəzər üzərindən uçuşları dayandırmağı qərara alıb.

Göründüyü kimi, hadisə yerinə hamıdan yaxın olan Azərbaycan tərəfi də analoji xəbərdarlıqlar alıb. Lakin rəsmi Bakı, xüsuən AZAL dövlət şirkəti bu vəziyyət haqqında bir kəlimə belə etməyib. Reklam kartından göründüyü kimi, AZAL raketlərin buraxıldığı zona üzərindən bir sıra reyslər həyata keçirir. Bununla belə, ölkə hakimiyyəti vəziyyətlə bağlı şərh verməyi və raketlərin buraxılmasının Bakı ilə razılaşdırılmasını (və ya razılaşdırılmamasını), mülki təyyarələrin təhlükəsizliyinin nəzərə alınmasını və s. öz vətəndaşlarına izah etməyi lazım bilməyib. -02В-

* Oktyabırın 15 də Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının bəyanat verib:

"Azərbaycanın hava məkanının sahəsi Xəzər dənizinin hissəsi də daxil olmaqla 168 min kvadrat kilometr təşkil edir. Hazırda Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur", deyə bəyanatda bildirilir.

Administrasiyadan həmçinin bildiriblər ki, hər gün Azərbaycan hava məkanı ilə təxminən 400-450 uçuş (o cümlədən tranzit uçuşlar) həyata keçirilir. Onların arasında Qatar Airways, Turkish Airlines, Lufthansa, Air France, British Airways, Singapore Airlines və digər dünya şirkətlərinin hava gəmiləri var.

Uçuşlar bütün təhlükəsizlik tədbirləri və normalarına riayət olunmaqla Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına və tövsiyələrinə uyğun həyata keçirilir", bəyanatda deyilir.

.

www,contact.az

.

Maybe you are interested in:

Rusiyanın Xəzər üzərindəki hərəkətləri Azərbaycana təhlükə törədir

Türkiyə Suriya türklərinin yaşayış məntəqələrinə aviazərbələrdən sonra Rusiyaya etirazını bildirib

Xəzərdə İran-Rusiya təlimatları

Hong Kong`s Airline Stops Flying over Caspian Sea Because of Russian Missile Threat

Moskvadan VİZA hədəsi: Kreml postsovet ölkələri ilə sərhədləri bağlamaq istəyir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz