Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ərdoğan Rusiyanı kəskin tənqid edib

 

Türkiyə prezidenti RəcəbTayyib Ərdoğan Moskvanın qonşularına qarşı siyasətini və Suriyada hərbi əməliyyatını kəskin tənqid edib.

Türkiyə KİV-in məlumatına görə, ötən  gün axşam Ərdoğan İŞİD yaraqlılarının Türkiyə ordusunun İraqın Başik məntəqəsindəki bazasına hücumunu şərh edib.

O, Rusiya və İranı türk hərbçilərini İraqdan çıxarmaq cəhdində ittiham edib. O qeyd edib ki, İraq hakimiyyəti onların hərbi qulluqçuları üçün təlimin təşkilni özləri təklif edib və məşq düşərgəsi üçün yer iraqlılar tərəfindən seçilib.

Ancaq İran və Rusiya türkiyəli hərbçilərin İraqda iştirakını qanunsuz kimi qələmə verməyə cəhd göstəriblər.

"Biz İraqda beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstəririk”, - o vurğulayıb.

Rusiyanın Suriyadakı siyasətinə toxunan Ərdoğan Moskvanı kəskin tənqid edib.

Onlar deyirlər ki, Rusiyanı Suriyaya bu ölkənin hökuməti çağırıb, ancaq bu hakimiyyət "legitim deyil”. İndi necə olsun, hara gəldi qoşun göndərmək olar?

"Bəs Gürcüstana niyə girdiniz? Sizi ora çağıran oldumu?”

"Ukraynada nə axtarırsınz, oraya da sizi çağırıblar?”, -Ərdoğan deyib.

"Rusiya Suriyada İŞİD ilə mübarizə aparmır, əksinə, müxalifətçiləri və bizim soydaşlarımız olan türkmənləri bombalayırlar. Rusiya dezinformasiya yoluyla bütün dünyanı aldatmaq istəyir”, - Ərdoğan qeyd edib.

.

www.contact.az

.

Maybe you are interested in:

Putin Türkiyə rəhbərliyini dəli adlandırıb

Türkiyə Suriya türklərinin yaşayış məntəqələrinə aviazərbələrdən sonra Rusiyaya etirazını bildirib

Əhməd Davudoğlu: “Rusiya 57 hava hücumundan ancaq 2-də hədəfi düz vurub”

Vladimir Putin və Rəcəp Tayyip Ərdoğan Bakıda qaz məsələlərini müzakirə edirlər

Türkiyənin baş naziri Rusiyanı Krımı işğal etməkdə ittiham edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz