Yeddi ölkə Rusiyanı Suriya müxalifətinə aviazərbələrə son qoymağa çağırıb
Türkiyə XİN altı ölkə ilə birgə yaydığı bəyanatda Rusiyadan Suriyada müxalifətə aviazərbələr endirilməsinə son qoymağı və diqqətini "İslam Dövləti” üzərində cəmləşdirməyi tələb edir.
Türkiyə və onun ABŞ-ın rəhbərlik etdiyi "İslam Dövləti”nə qarşı koalisiyadan olan tərəfdaşları – ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Səudiyyə Ərəbistanı və Qatar Rusiyanı Suriya müxalifətinə aviazərbələr endirilməsinə son qoymağa çağırıblar, deyə Reuters bu ölkələrin Türkiyə XİN tərəfindən yayılmış birgə bəyanatına istinadla yazır.
Türkiyə bəyanatda Rusiyaya islam döyüşçüləri ilə mübarizəyə "diqqət yetirməyi” təklif edir, həmçinin son iki gündə Rusiya aviasiyasının Suriyadakı obyektlərə endirdiyi aviazərbələrdən dərin narahatlığını ifadə edir.
Bəyanatda deyilir ki, Rusiyanın əməlləri münaqişənin "daha da gərginləşməsi” deməkdir və Suriyada ekstremizmin güclənməsinə təkan verir.
.
Maybe you are interested in:
Ərdoğan Rusiyanı kəskin tənqid edib
Rusiyaya məxsus Cy-24 təyyarəsinin pilotu Suriya türklərindədir