Reuters Davutoğlu: Rusiya Azərbaycanın ərazi bütövlüyü üçün təhlükə yaradır
"İndi, danışıqlar apardığımız zaman belə Rusiyadan, çox güman ki, Xəzər dənizindən buraxılan ballistik raketlər Aazazda məktəb və xəstəxana binalarına düşüb. Çox sayda dinc insan, o cümlədən uşaqlar həlak olub". Bu barədə Türkiyənin baş naziri Ahmet Davutoğlu Ukraynalı həmkarı Arseni Yatsenyukla birgə keçirdiyi mətbuat konfransında bildirib.
sözlərinə görə, bu gün Rusiya üç dövlətin - Gürcüstan, Ukrayna və Suriyanın ərazi bütövlüyü üçün təhlükə yaradır. "Moskvanın Ermənistana göstərdiyi dəstəklə əlaqədar Azərbaycanın ərazi bütövlüyü də Rusiya təhlükəsi altındadır", deyə Türkiyə hökumətinin başçısı bildirib.
O qeyd edib ki, bu gün Krımda insan hüquqlarının açıq-aşkar pozulması müşahidə olunur. "Biz bir daha Rusiya hakimiyyətinin diqqətinə çatdırmaq istərdik ki, SSRİ dövrü geridə qalıb. SSRİ dövrü 25 il əvvəl başa çatıb. Həmin dövrü bərpa etmək cəhdləri Rusiyanın özünə də yaxşı heç nə bəxş etməyəcək. Rusiya əhalisi də Moskvanın BMT-də veto hüququna söykənərək bu cür "macəralarda" iştirak etmək qərarını təqdir etməyəcək", deyə Davutoğlu bildirib.
.
Maybe you are interested in:
Putin Türkiyə rəhbərliyini dəli adlandırıb