Federal lәzgi
milli-mәdәni muxtariyyәti

MÖHTƏKİRLİK, SÜNİ QİYMƏT ARTIMI YOLVERİLMƏZDİR

 

Yanvarın 16-da Qusar Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.

Devalvasiyadan sonra baş verən qiymət artımı, bununla əlaqədar əhali arasında yaranan narahatlıq, bəzi iş adamlarının süni qiymət artımına yol verməsi ilə bağlı məsələlərin müzakirəyə çıxarıldığı müşavirəyə rayon ictimaiyyətinin nümayəndələri, rayonda fəaliyyət göstərən sahibkarlar, ziyalılar dəvət olunmuşdular.

Müşavirədə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov süni qiymət artımının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıqların icrasının təmin olunması istiqamətində qarşıda duran vəzifələrdən, rayonda həyata keçirilən bir sıra zəruri qabaqlayıcı tədbirlərdən danışmışdır.

Süni qiymət artımına qarşı müvafiq tədbirlərin görülməsi, istehlakçıların hüquqlarının qorunması üçün müvafiq komissiyanın yaradıldığını deyən icra başçısı qeyd edib ki, bu sahədə baş verən proseslər icra orqanlarının daim diqqət mərkəzindədir, strateji əhəmiyyət kəsb edən ərzaq məhsullarının qiymətlərinə və keyfiyyətinə nəzarət olunur, aşkar olunmuş nöqsanlar sahibkarların diqqətinə çatdırılır.

Ötən mövsümdə rayonda 59,5 min ton taxıl, 23.145 ton meyvə, 25.540 ton kartof, 19 min ton tərəvəz tədarük olunduğunu, kifayət qədər ətlik mal-qaranın saxlanıldığını diqqətə çatdıran icra başçısı bu məhsulların alıcılara yüksək qiymətə təklif edilməsinin yolverilməz olduğunu bildirib, bu sahədə bir sıra işbazların yanlış fəaliyyətini kəskin tənqid edib.

Müşavirədə çıxış edən ictimaiyyətin, sahibkarlığın, istehlakçıların nümayəndələri son günlər bir sıra bölgələrdə baş verən mənfi hallar və birgə tədbirlərin davam etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparmış, möhtəkirliyin ölkənin milli maraqlarına zidd oldduğunu, istehlakçıları aldadanların qanunla məsuliyyət daşıdıqlarını bildirmişlər.

.

www.gusarpress.com

.

Maybe you are interested in:

Qusar Rayon İcra Hakimiyyəti başçısının sərəncamı

Cəlilabadda etiraz aksiyası

“Narkomaniyaya yox deyək” mövzusunda dəyirmi masa keçirilmişdir.

HƏR İŞ VAXTINDA, ZAMANINDA DOĞRUDUR

2015-Cİ İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARI, YENİ VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLDİ

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz