Cəlilabadda etiraz aksiyası
Cəlilabadda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsinin qarşısında dinc etiraz aksiyası keçirilir.
Yüzlərlə adam işsizliyə, qiymət artımına, ünvanlı sosial yardımın alınması ilə bağlı problemlərə etiraz edir.
Yerli mənbə Turan-a bildirib ki, rayon İcra Hakimiyyətinin başçısı etirazçıların qarşısna çıxaraq problemlərin həll olunacağını vəd edib. Lakin adamlar dağılışmır. Hazırda onlardan ünvanlı sosial yardımın müəyyən olunmasına dair sənədlər qəbul edilir.
İcra Hakimiyyətinin binası qarşısına polis qüvvələri cəmləşdirilib. Hələlik adamları dağıtmırlar. Qeyd edək ki, ünvanlı sosial yardım ailə üzvünün hər birinə düşən gəlir yaşayış minimumundan – 105 manatdan az olarsa təyin edilir.
Ailə üzvünə düşən gəlir və yaşayış minimumu arasında fərq ünvanlı sosial yardımın həcmini təşkil edir.
.
Maybe you are interested in:
Novruz bayramı süfrəsi 38% bahalaşıb
Qusar Rayon İcra Hakimiyyəti başçısının sərəncamı
Kortəbii etirazlar ölkə ərazisinə yayılır
Masalli sakinləri kütkəvi ölüm acliğina başlayacaq