Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Kortəbii etirazlar ölkə ərazisinə yayılır

 

Yanvarın 12-də Bakıdan 300 km cənub-qərbdə yerləşən Ağcabədi rayon mərkəzində ağır iqtisadi vəziyyətlə əlaqədar kortəbii etiraz aksiyası baş verib.

Etiraz iştirakçılarından üçün yaşayış evinin damına çıaraq, bank borcları və gəlirlərinin olmaması ilə əlaqədar intihar edəcəkləri hədə-qorxusu gəliblər.

Beləliklə, bu, gün ərzində insanların küçələrə çıxıb sosial-iqtisadi problemlərdə narazılıqlarını ifadə etdiyi üçüncü rayondur.

Ağcabədidəki etiraz aksiyasının iştirakçıları işdən qovulmaqdan, əmək haqlarının ödənilməməsindən, məmur zorakılığından və korrupsiyadan gileylənirlər.

Lənkəran və Siyəzəndə də əhalinin narazılığının bənzər səbəbləri olub.

Hakimiyyət insanları vədlər və polis təzyiqi ilə sakitləşdirməyə çalışır.

Etirazlar manatın kəskin devalvasiyasının, bunun nəticəsində iş yerlərinin azalmasının və vətəndaşların kütləvi şəkildə işdən çıxarılmasının nəticəsi olub. Eyni zamanda, hakimiyyət əhalinin sosial müdafiəsi üzrə tədbirləri təmin edə bilməyib. 

.

www.contact.az

.

Maybe you are interested in:

Taksi sürücüləri və muzdlu iş axtaranların etirazı

Cəlilabadda etiraz aksiyası

Qubada etiraz aksiyası

DİN və Prokurorluq etiraz aksiyalarının arxaslnda müxalifətin durduğunu iddia edir

2015-Cİ İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARI, YENİ VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLDİ

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz