Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Qubada etiraz aksiyası

 

Azadlıq radiosunun verdiyi xəbərə görə, Qubada daxili qoşunlar küçələrə nəzarət edir, aksiya dağıdılıb. 

"Qubada etirazçıları "dubinka" ilə döydülər. Halbuki, onlar polisə müqavimət göstərmirdilər, sadəcə olaraq, öz hüquqlarından istifadə edərək aksiya keçirirdilər. Amma polis "dubinka", su şırnağı və gözyaşardıcı qazdan istifadə etdi."

Bunları AzadlıqRadiosuna adının çəkilməsini istəməyən rayon sakini deyib. 

Daxili Qoşunlar ərazidə qalmaqda davam edir. Həbs olunanlar var, amma onların dəqiq sayı bəlli deyil.

 

 

*   *   *

2016 Yanvar 15 (Cümə) 16:49:20

Ölkə regionlarında bahalaşmalara qarşı etiraz aksiyaları bu gün Quba şəhərinə (Bakıdan 168 km şimal) də yayılıb.

Yerli mənbələrin məlumatına görə, 5 minə yaxın insan səhər saatlarından avtovağzal ətrafında toplaşaraq, işsizlikdən və bahalaşmadan narazılıqlarını bildiriblər. Rayon rəhbərliyi danışıqlar aparmaq üçün mitinq iştirakçılarının qarşısına çıxıb, onları dağılmağa razılaşdırmağa çalışıb.

Mənbənin məlumatına görə, toplaşanların əsas kütləsi sosial-iqtisadi vəziyyətin xüsusilə ağır olduğu kəndlərin sakinləridir. İnsanlar ağır kreditlərdən, işsizlikdən və məmur özbaşınalığından şikayət edir.

"Azadlıq” radiosunun müxbirinin məlumatına görə, icra hakimiyyəti başçısı insanlara problemlərini həll etməyi vəd edir. Lakin insanlar dağılmır.

Bu arada, şəhərə daxili qoşunlar yeridilib, onlar mitinq iştirakçılarını mühasirəyə alıb. Şəhərə giriş-çıxış polis nəzarəti altına alınıb, bütün nəqliyyat yoxlanılır.

Səhər tezdən polis yerli məscidə bomba qoyulduğunu bildirib, dindarları toplaşmamağa çağırıb, amma bu, insanların bir yerə cəmləşməsinə yol verməmək məqsədi daşıyan hiylə kimi qəbul edilib. 

.

www.contact.az

.

Maybe you are interested in:

Zaqatalada həbs edilənlər var

Cəlilabadda etiraz aksiyası

DİN və Prokurorluq etiraz aksiyalarının arxaslnda müxalifətin durduğunu iddia edir

Milli Şuranın mitinqi: Hakimiyyətin talan siyasətinə qarşı mübarizəni davam etdirəcəyik!

X.İsmayılovaya dəstək plakatları yapışdıran fəallar həbs edilib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz