Zaqatalada həbs edilənlər var
Yanvarın 30-da Zaqatala rayonunda keçirilməsi planlaşdırılan aksiyaya görə bir gün öncə 7 nəfərdən çox yerli sakin saxlanılıb. Saxlanılanlar arasında Zaqatala şəhərinin və müxtəlif kəndlərin sakinləri var. Bu barədə Turan-a adının çəkilməsini istəməyən Zaqatala rayon sakini bildirib.
O, saxlanılanlardan ikisinin kimliyinin məlum olduğunu deyib.
"Bunlar Zaqatalanın Yuxarı Tala kənd sakinləri Səbuhi Mahmud oğlu Nusalov və Vaqif Kahov oğlu Hüseynovdur. Hər iki şəxs ictimai asayişi pozmaqda günahlandırılıb, yerli məhkəmə barələrində 25 sutka inzibati həbs qərarı çıxarıb”, deyə o qeyd edib.
Xatırladaq ki, bastainfo.com saytı yerli sakinlərin yanvarın 30-da bahalaşmaya etiraz olaraq aksiya keçirəcəyini yazıb.
Öz növbəsində, Zaqatala rayon Polis Şöbəsinin növbətçi hissəsindən Turan-a yayılan məlumatın yalan olduğunu bildiriblər. "Rayonda etiraz aksiyası ilə bağlı saxlanılan yoxdur”, deyə növbətçi hissədən bildiriblər.
.
Maybe you are interested in:
Qaxda bir qrup dindar saxlanılıb
Elçin Qasımova 30 sutka həbs cəzası verilib
Şəkidə daha bir AXCP fəalı saxlanılıb