Şəkidə daha bir AXCP fəalı saxlanılıb
AXCP Şəki rayon təşkilatının rəhbəri Rauf Əbdürrəhmanlı yanvarın 29-da 20 sutka inzibati həbs cəzasına məhkum edilib. Bu barədə Turan-ın bölgə müxbiri məlumat verib. Hüquq-mühafizə orqanları həbsin səbəbini açıqlamayıblar.
AXCP-də hesab edirlər ki, R.Əbdürrəhmanlı həbsdə olan jurnalistlər Xədicə İsmayılova və Seymur Həzinin, həmçinin bundan əvvəl 30 sutkalığa həbs olunmuş digər iki yerli fəalın azadlığa buraxılmasını tələb edən plakatlar yapışdırdıqlarına görə həbs olunublar.
Xatırladaq ki, AXCP Ali Məclisinin Şəki rayonundan üzvü Əli Abdullayev və partiya rayon təşkilatının sədr müavini Mübariz Əbdülkərimov yanvarın 16-da 30 sutka həbs olunublar. Onlar polisə tabe olmamaqda ittiham olunurlar.
AXCP-də əmindirlər ki, hər iki fəalın həbsinə səbəb yanvarın 14-də Şəkidə dayanacaqlarda və binalarda Azərbaycan və ingilis dillərində "Xədicəni azad et!” sözləri yazılmış plakatların yapışdırılmasıdır.
O zaman Rauf Əbdürrəhmanlı da saxlanılmışdı, lakin bir neçə saatdan sonra onu buraxmışdılar.
.
Maybe you are interested in:
İki AXCP fəalı həbs edilib
AXCP fəalı həbs edilib
AXCP fəalı polisin təzyiqinə məruz qaldığını bildirib
AXCP fəalı Murad Adilovun məhkəməsi başlayıb