İki AXCP fəalı həbs edilib
Aprelin 6-da Xətai rayon Məhkəməsi AXCP fəalı Türkel Əlisoya (Azərtürk) İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) ilə 15 sutka həbs verib. Bu barədə Turan-a Türkel Əlisoyun qardaşı Eltac Əlisoy bildirib.
Səbael rayon Məhkəməsi isə eyni ittihamla AXCP Səbael təşkilatının sədri Sadif Qurbanova inzibati qaydada 25 sutka həbs verib. Bu barədə isə AXCP sədrinin müavini Gözəl Bayramlı Facebook səhifəsində yazıb.
AXCP-dən verilən məlumata görə, partiyanın digər fəalı Elçin Həsənov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübraizə İdarəsinə çağırılıb.
AXCP fəallarının həbsi və polisə çağırılması Milli Şuranın aprelin 5-də "Talana son!” şüarı ilə keçirdiyi etiraz mitinqindən bir gün sonraya təsadüf edir.
.
Maybe you are interested in:
Hakimiyyət AXCP üzvlərinə təzyiqləri artırıb
AXCP fəalı həbs edilib
Şəkidə daha bir AXCP fəalı saxlanılıb
AXCP fəalı polisin təzyiqinə məruz qaldığını bildirib