Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Hakimiyyət AXCP üzvlərinə təzyiqləri artırıb

 

Son həftə hakimiyyət Xalq Cəbhəsi Partiyası, həmçinin Milli Şuranın üzvlərinə qarşı təzyiqləri artırıb.

Belə ki, AXCP Sumqayıt təşkilatının sədri İsa Qurbanov 10 sutka inzibati həbs cəzası alıb.

15 mart mitinqi ərəfəsində Beyləqan təşkilatının fəalları Ayət İsmayılov və Orxan Valehli rayon polisinə çağırılıblar.  Onlara mitinqə qatılmamaq barədə xəbərdarlıq edilib.

Lənkəran və Sabirabad şöbələrinin üzvləri Kazım Həsənovla Sahib Rüstəmli də analoji təzyiqlərə məruz qalıblar.

AXCP sədrinin müavini Məmməd İbrahimov mitinqə hazırlıqla bağlı polisə aparılıb. Digər fəal Orxan Baxışlı polisə dəvət olunsa da rəsmi çağırış olmadığı üçün getməkdən imtina edib.      

Martın 12-dən sosial şəbəkələr üzərindən mitinqi təbliğ edən şəbəkə istifadəçilərinin hesabları kiber hücumlara məruz qalıb.

Milli Şuranın sədri Cəmil Həsənlinin Facebook səhifəsi ələ keçirilib və mitinqin ləğv olunması barədə informasiya yerləşdirilib.

Martın 14-ü kiber hücumun hədəfi "Azadlıq” qəzeti olub.

Bütün bunlara baxmayaraq, 15 mart aksiyası yetərincə çoxsaylı olub, mütəşəkkil qaydada və insidentsiz keçib, məlumatda deyilir

.

contact.az

.

Maybe you are interested in:

İki AXCP fəalı həbs edilib

Milli Şuranın mitinqinə icazə verilib

Şəkidə daha bir AXCP fəalı saxlanılıb

AXCP fəalı polisin təzyiqinə məruz qaldığını bildirib

X.İsmayılovaya dəstək plakatları yapışdıran fəallar həbs edilib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz