Federal lәzgi
milli-mәdәni muxtariyyәti

X.İsmayılovaya dəstək plakatları yapışdıran fəallar həbs edilib

 

AXCP Ali Məclisinin Şəki rayonundan olan üzvü Əli Abdullayev xuliqanlıq və polisə tabe olmama ittihamı ilə bir ay müddətinə həbs edilib.

Partiyanın rayon təşkilatının sədr müavini Mübariz Əbdülkərimov barəsində də eyni ittihamlarla cəza hökmü çıxarılması gözlənilir.

Yerli mənbələrin Turan-a verdikləri məlumata görə, hər iki fəalın həbsinin əsl səbəbi onların yanvarın 14-də Şəkidə avtobus dayanacaqlarında və binalarda azərbaycan və ingilis dillərində "Xədicəni azad et!” şüarı yazılan plakatlar asmaları olub.

Yanvarın 15-də Əbdülkərimov saxlanılıb, o, Xəzər adlı əməkdaş tərəfindən polisə çağırılıb.

Digər fəallar yoldaşlarının saxlanılmasının səbəblərini öyrənmək üçün rayon polis şöbəsinin qarşısına gəliblər, lakin onlara heç bir məlumat verilməyib. Axşam saatlarında polis mayoru Vüqar Xəlilov Xədicə İsmayılova haqqında təhqiredici ifadələr səsləndirib və fəalları ona dəstək plakatları yapışdırdıqlarına görə qınayıb. Buna cavabda Abdullayev X.İsmayılovanı həbsə atanlar barədə mənfi fikir bildirib, bundan sonra onu da saxlayıblar.

Hər iki həbs edilmiş şəxs dövlət vəkillərindən imtina edib. Onların həbsindən apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki, dünən daha bir fəal – Rauf Əbdürrəhmanlı saxlanılıb, sonradan onu azad ediblər. 

*   *   *

2015 Yanvar 16 (Cümə) 12:22:25

Yanvarın 15-də polis tərəfindən saxlanılan AXCP Şəki rayon şöbəsi sədrinin müavini Mübariz Abdulkərimov və AXCP Ali Məclisinin üzvü Əli Abdullayev Şəki Rayon Məhkəməsinə aparılıb. Digər fəal Rauf Abdulrəhmanlı azad buraxılıb.

R. Abdulrəhmanlı Turan-a bildirib ki, Əli Abdullayev İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq), Mübariz Abdulkərimov isə İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) maddəsi ilə günahlandırılır.

Fəallar jurnalist Xədicə İsmayıla dəstək məqsədilə Şəki şəhərində dayanacaqlara, dövlət idarələri və bələdiyyə binalarına Azərbaycan və ingilis dillərində "Xədicəni azad et!” yazılmış plakatlar yapışdırıldıqdan bir gün sonra saxlanılıblar. 

*   *   *

2015 Yanvar 16 (Cümə axşamı) 09:49:10

Ötən axşam Şəkidə AXCP fəalları Əli Abdullayev və Mübariz Əbdülkərimov saxlanılıblar. Həmçinin fəal Rauf Əbdürəhmanov da polisə çağırılıb.

Turan-ın bölgə müxbirinin məlumatına görə,  fəallar iki gün öncə Şəkidə "Xədicə İsmayılovaya azadlıq!” sözləri yazılmış plakatları yapışdırdıqlarına görə saxlanılıblar.

Onların inzibatı məsuliyyətə cəlb olunacağı gözlənilir.

.

contact.az

.

Maybe you are interested in:

Elçin Qasımova 30 sutka həbs cəzası verilib

İki AXCP fəalı həbs edilib

Şəkidə daha bir AXCP fəalı saxlanılıb

AXCP fəalı polisin təzyiqinə məruz qaldığını bildirib

Beynəlxalq təşkilatlar koalisiyası “Azadlıq” qəzetinin əməkdaşının azad edilməsini tələb edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz