Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Elçin Qasımova 30 sutka həbs cəzası verilib

 

Sabunçu Rayon Məhkəməsi Müsəlman Birliyi Hərəkatı adlı təşkilatın sədr müavini Elçin Qasımovun barəsində məhkəmə qərarı çıxarılıb.

Vəkil Cavad Cavadov un Turan-a verdiyi  məlumata görə,  E. Qasımov bu gün Sabunçu Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisə müqavimət) maddəsi ilə təqsirləndirilərək 30 gün müddətinə azadlıqdan məhrum edilib.

Vəkil həmçinin qeyd edib ki, E. Sadıqovla bərabər saxlanılan digər şəxslər barəsində də məhkəmə müxtəlif müddətlərə inzibati həbs qərarı çıxarıb.Qərarlar xəlvət çıxarılıb.

Onun sözlərinə görə,  məhkəmə qərarı vəkil olmadan  çıxarılıb. E. Qasımovla konfidensial görüşə icazə verməyib.

"Elçini  yalnlıız polislərin yanında gördüm. Əli qandallı idi. Təkbətək görüşə bilmədik.Tez polislərin müşaiyəti ilə apardılar”, - vəkil deyib. Vəkil bu qərarla razılaşmayaraq apellyasiya şikayəti verəcəyini qeyd edib.

Qeyd edək ki, ötən gecə Müsəlman Birliyi Hərəkatı adlı təşkilatın sədr müavini Elçin Qasımovun polis tərəfindən saxlanılmasına etiraz edən dindarlar Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına toplaşıblar. E. Qasımovun azad olunmasını tələb edən şəxslər polisin ərazidən uzaqlaşmaq barədə tələbinə məhəl qomayıblar. Nəticədə polislə dindarlar arasında qarşıdurma olub. Bir neçə polis əməkdaşı xəsarət alıb, bir neçə dindar isə saxlanılıb.-16d-

*   *   *

2015 Noyabr 06 (Cümə axşamı) 10:09:32

Noyabrın 5-də axşam saatlarında Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımlı Bakıda polis tərəfindən saxlanılıb.

Buna etiraz edən islamçılar və Müsəlman Birliyi Hərəkatının fəalları Bakının Sabunçu rayon Polis İdarəsinin qarşısına toplaşıb. Beləliklə, polislə dindarlar arasında insident yaranıb.

Əraziyə çevik polis alayının əməkdaşları yeridilib. 20-dən çox dindar saxlanıb.

Sabunçu Rayon Polis İdarəsinin qarşısına gedən yolları Dövlət Yol Polisinin əməkdaşları bağlayıb.

Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə Elçin Qasımlının saxlanılmasına münasibət bildirib.

"Elçin Qasımlıya qarşı hər hansı hüquqazidd adım atılarsa, bunun bədəlini sərt şəkildə ödəyəcəklər. Elçin Qasımlının dərhal, qeydsiz-şərtsiz azad olunmasını tələb edirik! Zillətlə yaşamaqdansa, izzətlə ölmək daha şərəflidir!” o qeyd edib.

Bakı Baş Polis İdarəsinin rəısi Mirqafar Seyidovun gecə saatlarında əraziyə gəldiyi bildirilir.

Hüquq-mühafizə orqanları baş verənlərlə bağlı hələ şərh verməyib.

.

www.contact.az

.

Maybe you are interested in:

Martın 11-də Arif və Leyla Yunusların apellyasiya şikayətinə baxılacaq

İki AXCP fəalı həbs edilib

X.İsmayılovaya dəstək plakatları yapışdıran fəallar həbs edilib

Leyla Yunus vəkilləri ilə görüşə gələ bilməyib

Jurnalist Xalid Qarayev 25 gün müddətinə həbs edilib (YENİLƏNİB)

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz