Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Jurnalist Xalid Qarayev 25 gün müddətinə həbs edilib (YENİLƏNİB)

 

Binəqədi rayon məhkəməsi bu gün "Azadlıq” qəzetinin jurnalisti və "Azərbaycan saatı” on-line televerilişinin əməkdaşı Xalid Qarayevi 25 gün müddətinə inzibati həbs cəzasına məhkum edib.

O, İnzibati Xətalar Məcəlləsinin 296 (kiçik xuliqanlıq) və 310.1-ci (polisə tabe olmamaq) maddə ilə təqsirli bilinib, bu barədə Turan-a vəkil Bəhruz Bayramov bildirib.

İttihama görə, "Binəqədi kəndinin mərkəzində polis Qarayevə irad tutduqda, o tabe olmayıb və ünvansız və senzuradankənar şəkildə söyüş söyüb”.

Məhkəmədə Qarayevə qarşı iki şahid – Adil Əliyev və Elnur Qasımov ifadə verib. Polisin daim Qasımovdan müxtəlif ittihamlar üzrə "şahid” qismində istifadə etdiyi məlum olub.

Müdafiə tərəfi hesab edir ki, polis sifarişli işlərdə belə "şahidlərdən” istifadə edib.

Qarayev özü məhkəmədə bildirib ki, ittiham "saxtalaşdırılıb, siyasi motivlidir və onun jurnalist fəaliyyəti və fəal vətəndaş mövqeyi ilə əlaqədardır”.

Müdafiə tərəfi apellyasiya şikayəti vermək niyyətindədir.

.

contact.az

.

Maybe you are interested in:

Elçin Qasımova 30 sutka həbs cəzası verilib

İki AXCP fəalı həbs edilib

X.İsmayılovaya dəstək plakatları yapışdıran fəallar həbs edilib

Seymur Həzinin məhkəməsində “zərərçəkmiş” istintaqı təkzib edib

Beynəlxalq təşkilatlar koalisiyası “Azadlıq” qəzetinin əməkdaşının azad edilməsini tələb edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz