Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Seymur Həzinin məhkəməsində “zərərçəkmiş” istintaqı təkzib edib

 

Cümə axşamı "Azadlıq” qəzetinin və "Azərbaycan saatı” İnternet kanalının icmalçısı Seymur Həzinin məhkəməsində şahidlər dindirilib. Proses Abşeron rayon məhkəməsində Şövkət Nəcəfovun sədrliyi ilə keçirilir.

Xatırladaq ki, jurnalist "silahdan istifadə ilə” xuliqanlıq törətməkdə ittiham olunur. Avqustun 29-da Ceyranbatan qəsəbəsində avtovus dayanacağında naməlum şəxs jurnalistə yaxınlaşıb və onu təhqir etməyə başlayıb, facebook-da ona yazmamağı tələb edib. Daha sonra o, yumruqla Həziyə hücum edib və onu döyməyə başlayıb. Özünümüdafiə məqsədilə Həzi hücum edən şəxsə əlindəki butılka ilə zərbə endirib. Elə həmin an polis gəlib, Həzini saxlayıb və şöbəyə aparıb.

İş üzrə iki şahid istintaqın onların adından verdiyi ifadələri təkzib ediblər. Belə ki, Natiq Ağaverdiyev bildirib ki, çayxanada oturmuşdu və küçədə səs-küyə çıxıb. "Biz çıxanda kimisə maşına mindirib apardılar.

Protokolda mənim adımdan yazılanlar doğru deyil, mən belə bir şey deməmişəm və yazmamışam. Mən çıxanda orada sahə müvəkkili dayanmışdı, o, məndən "Gördün?” deyə soruşdu, "Yox”, dedim, amma məni polisə apardılar. Orada mayor var idi, o, mənim yerimə ifadələri yazdı və imzalamağımı istədi.

Mən latın əlifbası ilə yaza bilmirəm və mayordan dediklərimi yazmağı, heç nə əlavə etməməyi xahiş etdim, o da məni məhz belə yazdığına inandırdı”, deyə şahid bildirib.

İş üzrə ikinci şahid – Akif Mustafayev də demək olar ki, eyni şeyi deyib.

Daha sonra vəkillər "zərərçəkmiş” Məhərrəm Həsənova sual verməyə başlayıblar. Məlum olub ki, bu şəxs facebook-un nə olduğunu bilmir və ondan istifadə edə bilmir. Belə ki, o, facebook-dakı səhifəsinin hansı dildə olduğu, orada hansı materialların olduğu, kimə və nə vaxt yazdığı, ona kimlərin yazdığı, dostlar siyahısında kimlərin olduğu və s. haqqında sualları cavablandıra bilməyib.

Ən maraqlısı odur ki, o, məhkəmədə facebook-da səhifə açmadığını və Seymur Həziyə heç nə yazmadığını bildirib.

Bundan sonra vəkil Adil İsmayılov hakimdən Rabitə Nazirliyinə sorğu göndərməyi və Məhərrəm Həsənovun adından səhifəni kimin açdığını aydınlaşdırmağı xahiş edib. Lakin prokuror buna etiraz edib. O deyib ki, "bu, şəxsi həyat sirridir”. Hakim prokurorun fikrini dəstəkləyib.

Seymur Həzi özü bildirib ki, bugünki ifadələr işin sifarişli xarakterli olduğunu göstərir.

O, həmçinin İstintaq Təcridxanası rəhbərliyini doğmaları ilə ünsiyyətə icazə verməməkdə, hətta onun yazdığı məktubları ötürməməkdə ittiham edib.

Növbəti iclas 26 dekabr saat 15-ə təyi edilib.

.

contact.az

.

Maybe you are interested in:

Bakı Aqil Xəlilin işi üzrə təqsirini etiraf etdi

Armen Bağdasaryan öz günahını inkar etmir

Rəsul Cəfərovun məhkəməsində zərərçəkənlər bu statusun götürülməsini xahiş ediblər

Beynəlxalq təşkilatlar koalisiyası “Azadlıq” qəzetinin əməkdaşının azad edilməsini tələb edib

Jurnalist Xalid Qarayev 25 gün müddətinə həbs edilib (YENİLƏNİB)

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz