Bakı Aqil Xəlilin işi üzrə təqsirini etiraf etdi
Azərbaycan höküməti etiraf edib ki, vaxtilə jurnalist Aqil Xəlilin təqib olunmsını araşdırmayıb və ona 28 min avro məbləğində təzminat verməyə razılaşıb.
Bu barədə Avropa insan haqqları məhkəməsinin qərarında bildirilir.
Xatırladaq ki, 2008-ci ildə "Azadlıq” qəzetinin müxbiri Aqil Xəlil MTN-nin 2 zabiti tarəfindən hücuma məruz qalıb. Bir ay sonra kücədə bir necə nəfər jurnalistə hücum edərək bıcaqla zərbə endirib. Bunu araşdırmaq əvəzinə prokurorluq jurnalistə təzyiq etməyə başlayıb. Xəlilin məhkəməyə şikayətləri isə təmin olunmayıb. Jurnalist əmindir ki, bu MTN-nin sifarişi ilə olub.Bir il sonra jurnalist "Sərhədsiz reportyorların” kşməyilə Fransaya mühacirət edib.
Aqil Xəlilin hüquqlarını Media Hüququ İnstitutunun vəkilləri Rəşid Hacılı və Elçin Sadıqov müdafiə edirlər. Vəkillərin AİHM-ə şikayətlərində qeyd olunur ki, ölkə məhkəmələri jurnalistin şikayətləri üzrə qərarlar verərkən onun Avropa Konvensiyasında təsbit olunmuş yaşamaq, işgəncələrin qadağan olunması, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət , ifadə azadlığı, səmərəli hüquqi müdafiə vasitələri vəhərəkət etmək azadlığı hüquqlarını pozublar.
.
Maybe you are interested in:
Avropa Məhkəməsi Azərbaycanla bağlı iki qərarı elan edib