Jurnalistə hücum üzrə iş ABŞ səfirliyinin diqqət mərkəzindədir
BDU tələbələrinin etiraz aksiyasının işıqlandırılması zamanı fiziki təzyiqlərə məruz qalan "Amerikanın səsi” radiosunun müxbiri Tapdıq Fərhadoğlu cümə axşamı ABŞ səfirliyinə dəvət olunub.
Xatırladaq ki, hadisə fevralın 20-də baş verib. BDU mühafizə xidmətinin rəsisi Mahir Xocatov aksiyanı çəkən jurnalistə arxadan bir neçə zərbə endirib, kürəyinə və başına vurub. T.Fərhadoğlu xəsarət alıb və əməliyyat olunub. Nəticədə əmək qabiliyyətini qismən itirib.
Bu gün jurnalist səfirliyin ictimai əlaqələr şöbəsinin rəisi Stiven Qauss və siyasi məsələlər üzrə müşavir Daniel Slaşerlə görüşüb.
Vəkil Samirə Ağayevanın iştirakı ilə keçən görüşdə amerikalı diplomatlar jurnalistin şikayəti üzrə məhkəmənin gedişi və onun səhhəti ilə maraqlanıblar.
Diplomatlar qeyd ediblər ki, bu iş səfirliyin diqqət mərkəzindədir.
Bundan əvvəl T.Fərhadoğlu prezident İlham Əliyevə, Baş Prokurorluğa və insan hüquqları üzrə İşçi qrupuna müraciət edərək ona hücum faktının obyektiv araşdırılmasına yardım göstərilməsini xahiş edib. Lakin müraciət nəticəsiz qalıb.
.
Maybe you are interested in:
Bakı Aqil Xəlilin işi üzrə təqsirini etiraf etdi
Əli Həsənov Azərbaycan prezidentinin köməkçisi oldu