Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Armen Bağdasaryan öz günahını inkar etmir

 

Bazar ertəsi Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsində erməni hərbi əsir Armen Bağdasaryanın işi üzrə hazırlıq iclası davam edib.

2014-cü il dekabrın 26-da əsir düşən Bağdasaryan Azərbaycana qarşı təxribat və terror aktının hazırlanmasında ittiham olunur.

İclas qapalı rejimdə keçirilir. Məhkəmədən və ya vəkildən hər hansı şərh almaq mümkün deyil. Prosesdə yerli Kapaz TV telekanalının

əməkdaşları da iştirak ediblər.

Bu KİV-in məlumatına görə, Bağdasaryan ona qarşı irəli sürülən ittihamı rədd etməyib. Bundan əlavə, o, siyasi xarakterli bəyanatlar verib və çağırışlar edib. Əsasən işğal edilmiş Azərbaycan torpaqlarını azad etməyə, azərbaycanlı hərbi əsirləri geri qaytarmağa çağırıb.

O həmçinin özünə qarşı münasibətə görə razılığını bildirib, bununla bağlı Azərbaycan prezidentinə təşəkkür edib. Qeyd edib ki, ona təzyiq göstərilmir və o öz istəyi ilə danışır.

Proses aprelin 20-də başlayacaq.

Xatırladaq ki, erməni tərəfi bildirib ki, Bağdasaryan əsir düşdüyü zaman orduda xidmət etməyib.

.

contact.az

.

Maybe you are interested in:

Ermənistan tərəfi ABŞ Konqresində Qarabağ münaqişəsinin qapalı müzakirələrindən narazıdır

Prokuror Rauf Mirqədirovun 7 il azadlıqdan məhrum edilməsini istəyib

BMT Ali Komissarı Azərbaycanda siyasi məhbusları azad etməyə çağırıb

AXCP fəalı Murad Adilovun məhkəməsi başlayıb

X.İsmayılova: “MTN böhtan atır”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz