Ermənistan tərəfi ABŞ Konqresində Qarabağ münaqişəsinin qapalı müzakirələrindən narazıdır
Qarabağ münaqişəsinin həllinin süni şəkildə sürətləndirilməsi bu prosesin maraqlarından irəli gəlmir. Bu barədə Tert.am ilə söhbətində Qarabağ separatçılarının liderinin mətbuat katibi David Babayan bildirib.
O, ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində aparılmış müzakirələri belə şərh edib.
Onun sözlərinə görə, həmin müşavirədə Komitə sədri Ed Roys ABŞ Prezident Administrasiyasını Roys və Engelsin Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə təkliflərinin həyata keçirilməsini sürətləndirməyə çağırıb.
Roys-Engels təkliflərinin mahiyyətini açıqlamayan Babayan bildirib ki, münaqişənin həllinin sürətləndirilməsi tənzimlənməyə müsbət təsir göstərməyəcək. "Süni müddətlər müəyyən edilməsi səmərəli deyil”, deyə o qeyd edib.
Onun sözlərinə görə, qapaılı müşavirə zamanı münaqişənin sülh yolu ilə həllinə və snayperlərin çəkilməsinə nail olmaq məsələləri müzakirə olunub. Bu bəndlər həyata keçirilsə, bu, tənzimlənmə işinə böyük töhfə olacaq, deyən Babayan əlavə edib ki, Ermənistan tərəfi "snayperləri təmas xəttindən çəkməyi, dini, milli, beynəlxalq günlərdə atışma olmaması üçün istirahət günləri müəyyən etməyi” təklif edirdi. Onun sözlərinə görə, Azərbaycan bununla razılaşmayıb.
Azərbaycan XİN Konqresdəki qapalı müzakirələrlə bağlı şərh vermir. Lakin bundan əvvəl rəsmi Bakı snayperlərin geri çəkilməsi ideyası ilə bağlı dəfələrlə fikir bildirib. Xüsusən, XİN rəhbəri Məmmədyarov bildirib ki, snayperlər münaqişənin səbəbi deyil, nəticəsidir. İşğal edilmiş ərazilərdən erməni qüvvələri çıxarılmalıdır ki, bu da avtomatik olaraq snayperlərin çəkilməsi demək olacaq.
.
Maybe you are interested in:
Bordyuja Azərbaycana Rusiya silahlarının satışı haqqında