Federal lәzgi
milli-mәdәni muxtariyyәti

“Muxtariyyət üstəgəl” – Qarabağ tənzimlənməsi üçün variant

 

Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə keçmiş beynəlxalq vasitəçi, İsveç diplomatı Yan Eliasson hesab edir ki, münaqişənin həlli modeli "muxtariyyət üstəgəl” və ya "müstəqillik çıx” formulu ola bilər.

Turan-ın Vaşinqton müxbirinə müsahibəsində 1993-1994-cü illərdə Minsk qrupuna rəhbərlik edən, hazırda isə BMT Baş katibinin müavini olan Yan Eliasson bildirib ki, beynəlxalq prinsiplərə dayanmaq vasitəçilərə onların missiyasında ciddi dəstək verir, amma Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquqi prinsiplər (ərazi bütövlüyü və öz müqəddəratını həll etmək) ziddiyyət təşkil edir.

"Mən də ərazi bütövlüyünün tərəfdarıyam, amma siz hamı üçün məqbul olan status təklif etməlisiniz... Dağlıq Qarabağın gələcəyinə ümumi baxış olmalıdır. Bu baxış (status) tapıldıqda hər şey öz yerinə oturacaq”, deyən Eliasson Bakı və Yerevan arasında səmimi müzakirə zərurətini vurğulayıb.

"Siyasi liderlər başa düşməlidir ki, vəziyyət getdikcə daha təhlükəli hal alır, illərlə daha da pisləşəcək”, deyə o qeyd edib.

90-cı illərin əvvəllərində bu münaqişə üzrə vasitəçi işlədiyi dövrə toxunan Eliasson bildirib ki, həmin illərdə Qarabağ muxtariyyəti ətrafında müzakirələr tərəflərin tam əməkdaşlığı ilə açıq keçirilirdi, baxmayaraq ki, onların bu muxtariyyətlə bağlı baxışları bir-birindən xeyli fərqlənirdi.

"Hazırda həmin vaxt əldə edilmiş atəşkəs sazişi ilə çox da qürur duymuram, çünki əsas problem hələ də həll edilməmiş qalır.

İnkişaf olmadan sülh, sülh olmadan inkişaf yoxdur”, deyə Yan Eliasson fəlsəfi şəkildə fikrini tamamlayıb.

.

www.contact.az

.

Maybe you are interested in:

Federika Moqerini: "Avropa İttifaqı Dağlıq Qarabağı tanımır".

Ceyms Uorlik: “İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”

Elmar Məmmədyarov: Ermənistan qoşunlarını çıxarmasa Azərbaycan ərazi bütövlüyünü bərpa etmək məcburiyyətində qalacaq

Bordyuja Azərbaycana Rusiya silahlarının satışı haqqında

Bakı və Moskva arasında Dağlıq Qarabağ, Xəzər dənizi və iqtisadi əlaqələrə dair fikir mübadiləsi aparılıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz