Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Prokuror Rauf Mirqədirovun 7 il azadlıqdan məhrum edilməsini istəyib

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun işi üzrə prosesdə dövlət ittihamçısının yekun çıxışı olub.

Qapalı proses zamanı prokuror R.Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu barədə Turan-a vəkil Fuad Ağayev bildirib.  Onun sözlərinə görə, prokuror öz çıxışında məhkəməni daha yumşaq cəzanı nəzərdə tutan 62-ci maddəni tətbiq etməyə çağırıb, nəinki R.Mirqədirovun təqsirli bilindiyi 274-cü maddəni (dövlətə xəyanət). Bu maddə 10 ildən 15 ilədən azadlıqdan məhrumetmə cəzasını və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

Vəkil şərh verməyərək qeyd edib ki, müdafiə tərəfi öz mövqeyini rəydə bildirəcək.

Növbəti iclas dekabrın 23-nə təyin edilib.

Jurnalist ittihamı rədd edir. Hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər. 

.

www.contact.az

.

Maybe you are interested in:

Arif Yunus: “Leylanı ölüm həddinə çatdırmaq istəyirlər”

Prokuror Rəsul Cəfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Sirac Kərimli 6 il müddətinə həbs olunub

Rauf Mirqədirovun ailəsi İsveçrədən siyasi sığınacaq alıb

R.Mirqədirovun vəkilləri görülməmiş qanun pozuntuları haqqında

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz