Sirac Kərimli 6 il müddətinə həbs olunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi vicdan məhbusu Sirac Kərimlini qanunsuz narkotik dövriyyəsində təqsirli bilərək, 6 il müddətinə azadlıqdan məhrum edib.
O, Müsavat Partiyasının fəalı Raqif Kərimlinin oğlu və bu təşkilatın sədr müavini, analoji ittihamla həbs edilmiş Fərəc Kərimlinin qardaşıdır.
Martın 12-də prokuror məhkəmədən onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Müsavat Partiyası S.Kərimli barəsində hökmü pisləyib, onu hakimiyyətin repressiyasının davamı kimi qiymətləndirib.
"Bu hökm vətəndaşları siyasi fəaliyyətdən çəkindirmək və cəmiyyətdə qorxu mühiti yaratmaq məqsədi daşıyır. Bu, Azərbaycan hakimiyyətinin gerçək üzünü göstərir”, deyə Müsavat Partiyasının bəyanatında qeyd edilir.
Partiya hakimiyyətdən S.Kərimlini və digər siyasi məhbusları qeyd-şərtsiz azad etməyi tələb edib.
Amnesty İnternational təşkilatı Sirac və Fərəc Kərimlini "vicdan məhbusu” elan edib.
.
Maybe you are interested in: