Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Aİ: S.Kərimli barəsində hökm Azərbaycanda söz azadlığının tabutuna vurulan növbəti mismardır

 

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı müxalifət fəalı Fərəc Kərimlinin qardaşı Sirac Kərimli barəsində hökmü "Azərbaycanda söz azadlığının tabutuna vurulan növbəti mismar” adlandırıb.

Sirac Kərimli narkotik ticarətində ittiham olunaraq, 6 il müddətinə azadlıqdan məhrum edilib. O, ötən il iyulun 17-də qanunsuz narkotik dövriyyəsində şübhəli bilinərək həbs edilib. Onun qardaşı Fərəc Kərimli Azərbaycanın ən böyük müxalifət partiyalarından biri olan Müsavat Partiyasının sədr müavini də altı gün sonra analoji ittihamla saxlanılıb. Həbslər Fərəcin facebook-da Azərbaycan hökuməti haqqında yeni tənqidi materiallar yerləşdirdikdən sonra baş verib.

"Bu, Azərbaycanda söz azadlığının tabutuna vurulan növbəti mismardır. Sirac Kərimliyə qarşı ittihamlar hakimiyyətin onun qardaşının siyasi fəaliyyətinə və onun hökuməti tənqid etməsinə cavabı kimi görünür. Bu hökm təkcə təqsirsiz insanın mühakiməsi demək deyil, həm də digər fəallar və onların ailə üzvləri üçün də xəbərdarlıqdır”, deyə Amnesty İnternational-ın Avropa və Mərkəzi Asiya üzrə proqramının direktorunun müavini Denis Krivoşeev bildirib.

"Müxalifət fəallarına və hökumətin siyasətini müzakirə edən onlayn qruplar təşkil edən şəxslərə qarşı repressiyalar Azərbaycanda yeni hal deyil. Lakin təzyiqlərin artması və fəalların ailə üzvlərinin həbsləri, göründüyü kimi, yeni və qorxuducu təmayülün bir hissəsidir, bu təmayül ölkədə onsuz da məhdud olan söz azadlığı məkanını daha da məhdudlaşdırır”, deyə o əlavə edib.

Sirac və Fərəc Kərimli "vicdan məhbusları”dır. Hər ikisi ibtidai həbs zamanı müəyyən zaman ərzində tamamilə təcrid vəziyyətdə qalıblar və öz seçdikləri vəkilə çıxışdan məhrum olublar. Dindirmə zamanı onlar guya onların üzərində tapılmış narkotikin mənşəyi ilə deyil, Fərəcin siyasi fəaliyyəti haqqında dindirilib, onun facebook-dakı yazıları ilə maraqlanıblar.

Azərbaycanda ən azı 22 "vicdan məhbusu” var və onlar müstəsna olaraq fikri ifadə azadlığı hüquqlarını dinc şəkildə həyata keçirdiklərinə görə saxlanılıblar. Amnesty İnternational onların hamısını dərhal və qeyd-şərtsiz azad etməyə çağırır. 

.

contact.az

.

Maybe you are interested in:

Avropa Məhkməsi Müsavat başqanının müavininin azadlıq hüququnun pozulduğunu tanıyıb

“Sərhədsiz Reportyorlar” Qənimət Zahidovun qohumlarının təqibini pisləyir

Sirac Kərimli 6 il müddətinə həbs olunub

Amnesty International: Avropa Oyunları ərəfəsində Azərbaycan repressiyaları artırır

Beynəlxalq təşkilatlar koalisiyası “Azadlıq” qəzetinin əməkdaşının azad edilməsini tələb edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz