Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Prokuror Rəsul Cəfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

 

Aprelin 9-da hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə məhkəmədə sənədlər tədqiq edilib. Müdafiə tərəfin Cəfərovun vəsaitləri mənimsədiyi və vergi ödənişindən yayındığı barədə rəy vermiş ekspertin məhkəməyə çağırılması haqqında vəsatəti təmin edilməyib.

Öz növbəsində, müdafiə tərəfi mənimsəmə ittihamlarını təkzib edən çoxsaylı maliyyə sənədləri təqdim edib. Bu sənədlər qrantlardan məqsədə uyğun şəkildə istifadəni təsdiq edir.

Daha sonra Cəfərov ifadə verərək, yenidən bütün ittihamları təkzib edib. O bildirib ki, Ədliyyə Nazirliyi onun rəhbərlik etdiyi İnsan Hüquqları Klubunu qeydiyyata almaqdan imtina edib, bununla əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilib.

Digər tərəfdən dövlət qeydiyyatı olmayan QHT-lərin fəaliyyəti qanunsuz deyil. QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri Azay Quliyev dəfələrlə bunu bəyan edib. Müdafiə tərəfi Quliyevin çıxışlarının elektron qeydini təqdim edib.

Cəfərovun İnsan Hüquqları Klubu qeydiyyatsız fəaliyyət göstərdiyinə görə o, qrantları fiziki şəxs kimi alırdı. 2014-cü ilin fevralına qədər qanunvericilikdə fiziki şəxslərin aldığı qrantların qeydiyyatı haqqında norma yox idi.

Cəfərov bütün digər ittihamları də təkzib edib. Bundan sonra hakim məhkəmə istintaqının başa çatdığını elan edib.

Bu zaman dövlət ittihamçısı bildirib ki, yekun çıxışa hazırdır.

Hakim fasilə elan edib və prokurorun çıxışını saat 14.00-a təyin edib.

Fasilədən sonra prokuror Mübariz Mirili çıxışında məhkəməni Rəsul Cəfərovu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum etməyə və ona azad edildikdən sonra 3 il ərzində məsul vəzifələr tutmağı qadağan etməyə çağırıb.-

.

contact.az

.

Maybe you are interested in:

İntiqam Əliyevin işi üzrə məhkəmədə onun lehinə ifadələr verilib

Rəsul Cəfərovun məhkəməsində ittiham tərəfinin şahidlərinin ifadəsi mərhələsi başa çatıb

Rəsul Cəfərovun işi üzrə prosesdə şahidlər onun xeyrinə ifadələr veriblər

Rəsul Cəfərovun məhkəməsində zərərçəkənlər bu statusun götürülməsini xahiş ediblər

İntiqam Əliyevin işi üzrə məhkəmədə

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz