Federal lәzgi
milli-mәdәni muxtariyyәti

İntiqam Əliyevin işi üzrə məhkəmədə

 
Cümə günü Ağır Cinayətlər üzrə məhkəmədə hakim Rasim Sadıxovun sədrliyi ilə hüquq müdafiəçisi İntiqam Əliyevin işi üzrə hazırlıq iclası keçirilib.

İclasın gedişində vəkil Elton Quliyev bütün müdafiəçilərin adından ittihamın əsassız olması üzündən cinayət işinə xiatm verilməsi vəsatətti qaldırıb.

İttihamın mahiyyəti bundan ibarətdir ki, İ.Əliyev qeydə aldırmadan xarici donorlardan qrantlar almaqla qanunsuz sahibkarlıqla məşğul olub. Belə ki, istintaq İ.Əliyevi 13 qrantdan qanunsuz istifadə etməkdə suçlayaraq bunu iş və xidmətlərin qsnunsuz yerinə yetirlməsi kimi təqdim edir.  

Bu qrantlkardan 7-si 2009-cu ilin 25 dekbarına qədərki dövrü əhatə edir və həmin vaxt qanunuvericilikdə qrantların qeydə alınması tələb olunmurdu. Qalan 6 qranta gəlincə, bu qrantlar üzrə müqavilələr ədliyyə nazirliyinə təqdim olunub.

 Vəkil "başqasının əmlakı”nı mənimsəmə üzrə ittihamı da əsassız sayıb, çünki, ortada əmlakı mənimsənilən "başqası”nın özü yoxdur.

  Cinayət işində 29 ödəmə tapşırığı var və "digər ödəmə tapşırıqları”nın da olduğu deyilir. Bunlara əsasən Hüquqi Maarifləndirmə Cəmiyyətinin mühasibi Gülşən Orucova təkilatın  pullarını bacısı Əfsanə Orucoivanın "Unibank”dakı hesabına köçürb., daha sonra isə nəqdləşdirilərək İ.Əliyevə verilib. İstintaq məlumatlarına görə, guya 2009-2013-cü illərdə 119 min manat mənimsənilib. İstintaq ghər iki bacını zərərəçəkən kimi tanıyıb.     

Amma ödəmə tapşırıqlarında İ.Əliyevin imzası yoxdur, ona görə də müdafiə tərəf  bu sübutları saxta adlandırır.

İ.Əliyev qəfəsdə saxlanmasına görə məhkəməyə etiraz ifadə edib. Qəfəsdə vəhşi heyvanların saxlandığını, Avropa məhkəməsinin müttəhimin qəfəsdə saxlanmasını şərəf və ləyaqətin alçaldılması”  kimi dəyərləndirdiyini deyən İ.Əliyev vəkillərilə yanaşı oturmasına iczaə verilməsini xahiş edib. Amma dövlət ittihamçısı bunu əaleyhinə olub və hakim də xahişi rədd edib.

İƏliyev vəkillərlə konfedesial görüşlərdə siyasi məhbusların hüquqlarının pozulduğunu söyləyib. Belə ki, görüşdən öncə onların vəsatətləri də daxil olmaqla bütün qeydləri müsadirə olunur, məhkəməyə gətirilməzdən öncə isə soyundurulur və axtarış aparırlar.

 9 nəfərə hesablanan avtomobildə 12-13 məhbus aparılır. "Orada hava çatmır, durabilmirsən, dönə bilmirsəın”-deyə İ.Əliyev bildirib.

"Leyla Yunusun, Xədicə İsmayılın, Rəsul Cəfərovun, Anar Məmmədliinin və mənim həbsimiz də bizim mübarizə metodumuz hesab edilə bilər. Biz hazırda həbsaxana sisteminin dəhşətlərini şəxsi təcrübəmizdə sınaqdan çıxaırırıq”-deyə İ.Əliyev bəyan edib.

O, həbsinin siyasi motivli olduğunu bildirib. Ofisində axtarış zamanı sənəd və eletron daşyıcıların qanunsuz müsadirə olunduğunu deyib, bu zaman siyahı tutulmadığını bildirib. Beləliklə sənədlər, o cümlədən qrant müqavilələrini qeydə alınması üçün Ədliyyə nazirliyinə tqdim etdiyimi təsdiqləyn sənədlər yoxa çıxarılıb.

 Bundan əlavə, seçkilərin saxtalaşdırılması, media zadlığını pozulması, işgəncələr haqqında işlər də daxil olmaqla Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi ilə bağlı Avropa məhkəməsinə göndərilən işlər müsadirə edilib.

  İ.Əliyev ödəniş tapşırıqlarında imzasının saxtalaşdırıldığını nəzərə çatdırıb. "Bu imzalar mənim deyil, Bu imzalar o dərəcədə saxtalaşdırılbı ki, istintaq onları ekspertizaya göndərməyə belə risk etmir”-deyə İ.Əliyev söyləyib.

 Vəkil Elçin Sadıxov cinayət işindən verfi ödəməsindən yayınmaq ittihamını çıxarmaq vəsatəti qaldırıb. Ciayət işində 65 min manat məbləğində vergidən yyaınma göstərilir. Vəkil təşkilatın 67 min manat vergi ödəməsi haqda sənədi təqdim edib. Bundan sonra dövlət ittihamçısı vəsatətin qəbul olunması əleyhinə çıxış edib, hakim də ittiham tərəflə razılşaıb.

 Daha sonra müdafiə tərəfi zərərçəkən kimi tanınan təşkilatın mühasibi G.Orucovanın bank hesabları və əmlakının yoxlanılması vəsatətəi qaldırıb.

Müdafiə tərəfin məlumatına görə G.Orucova baş.qa təşkilatlrda da mühasib olaraq çalışıb və buna görə bu hü hesaba daxil olan bütün vəsaitlərin mənbəyini müəyyən etmək zəruridir.

Müdafiə tərəfi qrantların qeydiyyatı haqda  reestrdən çıxarış, istisna qaydada zərərəçəkən kimi tanınan şəxslərin ifadələri, həbsin ev dustaqlığı ilə əvəz edilməsi və s. haqda Ədliyyə nazirliyinə sorğu verilməsi vəsatətələri qaldırıb.

 Zərərçəkən G.Orucova 4 ay rəzində "şəffaf istintaq” getdiyini deyərək onun əmlakı və başqa bank hesbaları haqda sorğu verilməsinin əleyhinə çıxıb Digər iki zərərçəkən Sadiq Bağırov və Könül Bayramova müdafiə tərəfin vəsatətinin əaleyhinə çıxmayıblar. 

Dövlət ittihamçısı bu vəsatətlərin də əalehinə çıxıb. Beş dəqiqəlik ümşavirədən sonra hakim vəsatətlərin yerinə yetrilmədini bildirib. Daha sonra ahkim prosesin fevralın 5-nə təyin olunduöunu bəyan edib.

İntiqam Əliyev qanunsuz sahibkarlıqda, vergidən yaynmaqda, səlahiyyətindən sui-istfadə də ittiham edilərək 2014-cü il avqustun 8-də həbs olunub. Daha sonra ona qarşı mənimsəmə və saxtalaşdırma ittihamı da irəli sürülüb.

 İ.Əliyev bütün ittihamları rədd edir, onları siyasi motivli adlandırır. "Amnesty İnternational” təşkilatı onu "vicdan məhbusu” kimi tanıyıb.

.

contact.az

.

Maybe you are interested in:

İntiqam Əliyevin işi üzrə məhkəmədə onun lehinə ifadələr verilib

Rəsul Cəfərovun məhkəməsində ittiham tərəfinin şahidlərinin ifadəsi mərhələsi başa çatıb

İntiqam Əliyevin işi üzrə proses

Avropa Məhkəməsi İntiqam Əliyevin işi ilə bağlı kommunikasiyaya başlayıb

Rəsul Cəfərovun məhkəməsində zərərçəkənlər bu statusun götürülməsini xahiş ediblər

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz