Federal lәzgi
milli-mәdәni muxtariyyәti

AXCP fəalı Murad Adilovun məhkəməsi başlayıb

 

Yanvarın 13-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Murad Adilovun işi üzrə hazırlıq iclası keçirilib. O, narkotik maddə alverində ittiham olunur.

İclas zamanı M.Adilovun vəkili Yalçın İmanov fəalın həbsdə saxlanmasının qanunsuz olmasının tanınması barədə vəsatət qaldırıb. Y.İmanov Turan-ın müxbirinə bildirib ki, M.Adilovun barəsində həbs qətimkan tədbirinin müddəti iki gün əvvəl bitib və onun həbsdə saxlanması qanunsuzdur.

Müdafiə tərəfi M.Adiolvun günahına hüquqi baxımdan əsaslı sübut olmadığından cinayət icraatının dayandırılması, həmçinin müdafiə tərəfin şahidlərinin dindirilməsi barədə vəsatət qaldırıb.  Lakin hakim yalnız sonuncu vəsatəti təmin edərək növbəti iclası yanvarın 22-nə təyin edib.

Murad Adilov avqustun 11-də Sabirabad rayonunda həbs olunub. O, "Azadlıq” qəzetinin əməkdaşı və AXCP liderinin mətbuat katibi Natiq Adilovun qardaşıdır. Təzyiq və təqiblərə görə N.Adilov qardaşının həbsindən sonra Azərbaycanı tərk etməli olub.

.

contact.az

.

Maybe you are interested in:

AXCP üzvünün məhkəməsi başlayıb

Azərbaycanda 80 nəfər siyasi məhbus var

Şəkidə daha bir AXCP fəalı saxlanılıb

Rəsul Cəfərovun məhkəməsində zərərçəkənlər bu statusun götürülməsini xahiş ediblər

AXCP fəalı polisin təzyiqinə məruz qaldığını bildirib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz