Federal lәzgi
milli-mәdәni muxtariyyәti

AXCP üzvünün məhkəməsi başlayıb

 

İyunun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə AXCP üzvü Asif Yusifli və Rafiq Hüseynovun məhkəmə iclası keçirilib. Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320 (sənədlərin saxtalaşdırılması) maddəsi ilə təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər. 

Vəkil Fəxrəddin Mehtiyev A.Yusiflinin zərərçəkənə dəyən zərəri ödədiyini və zərərçəkənin heç bir şikayətinin olmadığı haqda ərizə verdiyini bildirib: "Buna görə də xahiş edirəm cinayət işinə xitam verilsin və həbs qətimkan tədbiri ləğv edilsin. Asif Yusifli Qarabağ əlilidir, övladları var, biri də ağır xəstədir. Xahiş edirəm bunlar da nəzərə alınsın”.

Prokuror çıxış edərək bildirib ki, zərərçəkənin mövqeyi məhkəməyə bəlli deyil, o, prosesə qatılmayıb. Buna görə də cinayət işi məhkəmə baxışına göndəriləcək.

Vəkilin vəsatətləri təmin olunmayıb, məhkəmə işi baxışa göndərilib.

İlkin baxış iclası iyulun 2-i saat 10:30-a təyin olunub.

.

contact.az

.

Maybe you are interested in:

Leyla və Arif Yunusların işi üzrə məhkəmə iclası iyulun 13-nə təyin edilib

Rəsul Cəfərovun məhkəməsində ittiham tərəfinin şahidlərinin ifadəsi mərhələsi başa çatıb

Rəsul Cəfərovun məhkəməsində zərərçəkənlər bu statusun götürülməsini xahiş ediblər

Hakim müdafiə tərəfə təzyiq edir

AXCP fəalı Murad Adilovun məhkəməsi başlayıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz