Federal lәzgi
milli-mәdәni muxtariyyәti

AXCP fəalı polisin təzyiqinə məruz qaldığını bildirib

 

Sabirabadda Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, eyni zamanda "Azadlıq” qəzetinin bölgə müxbiri olan Sahib Rüstəmliyə təzyiq göstərilir.

Fəalın Turan-a verdiyi məlumata görə, yanvarın 20-dən etibarən hər gün o, rayon polis şöbəsinə çağırılır.

Ondan əvvəllər həbs edilmiş AXCP fəalı Mirağa Abbasova "Molotov kokteyli” hazırlamağı və rayon polis şöbəsinə atmağı təklif etməsinin səbəbi haqqında izahat tələb ediblər.

Polis iddia edir ki, bu barədə ona Abbasovun atası bildirib.

Elə həmin gün Rüstəmlini saxlamaq istəyiblər, hətta təcridxanaya yerləşdirmək üçün kəmərini və ayaqqabısını götürüblər. Daha sonra sərbəst buraxaraq, ayın 21-də gəlməyi əmr ediblər.

Çərşənbə günü yenidən həbslə hədələyərək və dövlət əleyhinə təşkilat yaratmaqda ittiham edərək, "Molotov kokteyli” hazırlanması haqqında etiraf tələb ediblər.

Rüstəmlini yenidən sərbəst buraxıblar, AXCP rayon təşkilatının rəhbəri Səttar Şahlarovla birlikdə prokurorun yanına çağıracaqlarını deyiblər.

Bu gün Rüstəmli yenidən saat 17-də Sabirabad rayon polis rəisinin yanına çağırılıb.

Rüstəmli hesab edir ki, ona keçən ilin yayında AXCP-nin gənclər qolunun yaradılması zamanı təsisat konfransında iştirak etməsi ilə əlaqədar təzyiq göstərilir.

Bundan sonra AXCP gənclər fəalı Murad Ədilov cinayət ittihamı ilə həbs edilib və gənclər təşkilatı rəhbərinin müavini Mirağa Abbasov 25 gün müddətinə həbs edilib.

Gənclər təşkilatının rəhbəri Etibar Fətiyev inzibati həbs cəzası çəkir.

.

contact.az

.

Maybe you are interested in:

İki AXCP fəalı həbs edilib

AXCP rəhbərinin müşaviri Məmməd İbrahimi polis saxlayıb

Şəkidə daha bir AXCP fəalı saxlanılıb

X.İsmayılovaya dəstək plakatları yapışdıran fəallar həbs edilib

AXCP fəalı Murad Adilovun məhkəməsi başlayıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz