Federal lәzgi
milli-mәdәni muxtariyyәti

AXCP rəhbərinin müşaviri Məmməd İbrahimi polis saxlayıb

 

Ötən gün AXCP rəhbərinin müşaviri Məmməd İbrahimi polis saxlayıb. Bu barədə özü məlumat verib. M.İbrahimin sözlərinə görə, cümə günü sahə müvəkkili onun yanına gələrək Nərimanov rayon 17-ci polis bölməsinə getməsini istəyib. Maşında onun telefonunu alıblar.

Lakin bundan öncə müxalifətçi onu polisə apardıqları barədə məlumat verə bilib.

Şöbədə ona bildirilib ki, Demokratik Qüvvələrin Milli Şurasının martın 15-nə təyin etdiyi mitinqdə iştiraka çağırışla bağlı saxlanılıb.

Sonra onu polis rəisinin yanına aparıblar. Rəis buləndə ki, M.İbrahim saxlandığını xəbər verib, tabeliyində olanların üstünə qışqıraraq niyə buna yol verdiklərinə görə danlayıb.

Bundan sonra saxlanma haqqında protokol ləğv edilib.

Sonda M.İbrahimə razılaşdırılmamış aksiyaya çağırışın yolverilməz olması barədə xəbərdarlıq edərək buraxıblar.

Lakin M.İbrahim qanunazidd heç bir hərəkət etmədiyini düşünür.

Onun fikrincə, həbsə cəhddə məqsəd mitinqi pozmaq üçün müxalifətçini qorxutmaq olub.

17-ci polis bölməsindən şərh almaq mümkün olmayıb.

.

contact.az

.

Maybe you are interested in:

İki AXCP fəalı həbs edilib

AXCP fəalı polisin təzyiqinə məruz qaldığını bildirib

X.İsmayılovaya dəstək plakatları yapışdıran fəallar həbs edilib

Dindardan Sumqayıt polisinə qarşı yeni şikayət

Mehman Hüseynovun şəxsiyyət vəsiqəsini əlindən alaraq, sərbəst burxıblar

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz