Mehman Hüseynovun şəxsiyyət vəsiqəsini əlindən alaraq, sərbəst burxıblar
Bazar ertəsi iş gününün sonuna doğru Mehman Hüseynov polis şöbəsindən sərbəst buraxılıb. Bu zaman onun şəxsiyyət vəsiqəsi əlindən alınıb.
2014 Dekabr 01 (Bazar ertəsi) 16:02:27
Dekabrın 1-də günorta saatlarında məşhur bloger Mehman Hüseynov yenidən saxlanılıb və polisə aparılıb. O, facebook səhifəsində yazıb ki, şəxsiyyət vəsiqəsini ASAN xidmətdən ala bilməyib.
Onun sözlərinə görə, saxlanılmasına şəxsiyyət vəsiqəsinin saxta hesab olunması səbəb olub. Buna kimin və hansı əsaslarla qərar verdiyini ona bildirməyiblər.
İki həftə əvvəl Bakı aeroportunda Tbilisiyə getmək istəyərkən də Hüseynovun başına buna bənzər hadisə gəlib. Pasport yoxlamasından keçərkən ona pasportunun həqiqi olmadığını, daha doğrusu məlumatlar bazasında olmadığını bildiriblər. Oradan onu əli qandallı şəkildə dindirmək üçün polisə aparıblar. Araşdırmadan sonra məlum olub ki, pasport həqiqidir, lakin ona heç bir izahat verməyiblər və ya üzrxahlıq etməyiblər. İndi vəziyyət təkrarlanır.
Turan-ın baş verənlərlə bağlı şərh vermək xahişinə cavabda ASAN xidmətin mətbuat xidməti vəziyyəti araşdırıb, daha sonra məlumat verməyi vəd edib.
Xatırladaq ki, 2012-ci il iyunun 6-da Hüseynova qarşı xuliqanlıq ittihamı ilə cinayət işi başlanıb.
Bundan sonra o, dəfələrlə saxlanılıb və sərbəst buraxılıb, ölkəni tərk etməsi qadağan edilib.
.
Maybe you are interested in:
Elçin Qasımova 30 sutka həbs cəzası verilib
AXCP rəhbərinin müşaviri Məmməd İbrahimi polis saxlayıb
Azərbaycan hökuməti AHİM-in qərarını yerinə yetirmir