Azərbaycan hökuməti AHİM-in qərarını yerinə yetirmir
Azərbaycan hökuməti keçmiş polis əməkdaşı Müşfiq Cənnətovun işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarının icrasını yubadır.
2014-cü il iyulun 31-də AİHM M.Cənnətovun hüquqlarının 3-cü (işgəncələrə qadağa) və 6.1 (obyektiv məhkəmə araşdırması hüququ) maddələri üzrə pozulmasını tanıyıb və 12 min avro həcmində kompensasiyanın ödənilməsini və onun işinə yenidən baxılmasını qərara alıb.
2014-cü il oktyabrın 31-də qərar qüvvəyə minib, müəyyən edilmiş üç ay ərzində nə ərizəçi, nə də Azərbaycan hökuməti AİHM Böyük Palatasına şikayət verməyiblər.
Belə olan halda AHİM-in qərarı üç ay müddətində icra olunmalıdır ki, bu müddət 2015-ci il yanvarın 31-də bitib. Bu barədə Turan-a ərizəçinin maraqlarını müdafiə edən hüquqşünas Samirə Ağayeva bildirib.
2015-ci il yanvarın əvvəlində S.Ağayeva və ərizəçi AHİM-dən məktub alıblar. Məktubda Azərbaycanın Strasburq məhkəməsindəki səlahiyyətli nümayəndəsinə verilmək üçün bank rekvizitlərini təqdim etmək xahiş olunub.
Lakin 13 il həbs cəzası çəkmiş M.Cənnətovun şəxsiyyət vəsiqəsi olmadığından onun üçün bank hesabı açmaq çətinləşib.
Hələ dekabrda Penitensiar Xidmət M.Cənnətov da daxil olmaqla, bir qrup məhbusa ASAN-xidmət vasitəsilə şəxsiyyət vəsiqələrinin verilməsi üçün sənəd qəbulunu təşkil edib. ASAN-xidmətin şəxsiyyət vəsiqələrini 15 gün ərizində verməsinə baxmayaraq, M.Cənnətova indiyədək şəxsiyyət vəsiqəsi verilməyib.
Bununla əlaqədar o, həyat yoldaşına baş etibarnamə verib ki, kompensasiyanı ala bilsin. Həyat yoldaşının bank rekvizitləri AHİM-ə və Azərbaycanın AHİM-dəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərova göndərilib. Bununla belə, indiyədək pul köçürülməyib.
M.Cənnətovun işinə yenidən baxılmasına gəlincə, Ali
Məhkəmənin plenumu ərizəçinin hüquqlarını pozan Azərbaycan məhkəmələrinin qərarlarını ləğv etməlidir. Ali Məhkəmə M.Cənnətovu azad edə və işi baxılmaq üçün təkrar göndərə bilər.
*M. Cənnətov 2004-cü il iyunun 23-də həbs olunub. O, qarət, qətl və digər cinayətlər törətməkdə təqsirli bilinən mütəşəkkil cinayətkar qrupun tərkibində olduğuna görə 13 il mühakimə edilib.
M.Cənnətov DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsində işgəncələrə məruz qalıb. Onu etirafedici ifadələr verməyə məcbur ediblər.
Məhkəmədə qrupun digər üzvləri onun günahsız olduğunu bildiriblər.
AHİM M.Cənnətovun işini araşdıraraq onun hüquqlarının pozulduğunu tanıyıb.
.
Maybe you are interested in:
2015-ci ildə Azərbaycandan AİHM-ə 1522 şikayət göndərilib
Avropa Məhkəməsi: İlqar Məmmədov azad edilməlidir