Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Rusiya mafiyası azərbaycanılının apardığı 2.7 milyon dolları oğurladı

Moskva aeroportunda şok soyğun

Dünən səhər saatlarında Zaur Qədimov adlı Azərbaycan vətəndaşı Rusiyada şok soyğuna məruz qalıb. Hadisə Moskvanın "Şeremetyevo” aeroportunda baş verib.
Məlum olub ki, Qədimov səhər saatlarında İstanbuldan Moskvaya 2135 nömrəli reyslə uçan təyyarə ilə Rusiyan paytaxtına gedib. Təyyarə saat 06:05-də yerə enib. Sərnişin saat 7-də aeroportun D terminalından çıxıb və bu zaman avtomatla silahlanmış maskalılar ona hücum edib. Qədimovun əlində içində 2,7 milyon dollar olan çanta olub. O, bu pulları gömrükdə rəsmən bəyan edibmiş.
Bildirilir ki, böyük məbləğdə pulla gəldiyi üçün Z.Qədimov əvvəlcədən təhlükəsizliyinin təmin olunması üçün Moskvadakı "Atlant” özəl mühafizə agentliyindən üç cangüdən sifariş verib. Cangüdənlər onu aeroportda qarşılamalı və müşayiət etməli imiş.
Lakin Qədimov cangüdənlərə yaxınlaşan kimi qəfildən 6 nəfər maskalı, kamufulyajlı və avtomatlı şəxs onlara basqın edib. Azərbaycanlının əlindən pul dolu çantanı alan silahlılar qorxudan özünü itirmiş Qədimovu və mühafizəçilərini yaxınlıqda onları gözləyən "QAZel”ə mindiriblər. Maskalılar azərbaycanlını və mühafizəçilərini "QAZel”də aeroportdan uzaqlaşdırıblar. Daha sonra şlaqbauma çatanda onları düşürüblər və sürətlə uzaqlaşıblar. İstintaq mühafizəçilərin basqınçılarla əlbir ola biləcəyini istisna etmir.
Cinayətkarların izinə düşmək mümkün olmayıb, hüquq-mühafizə orqanları hələlik ancaq soyğunçuların qaçıb gizləndiyi avtomobilin nömrəsinin məlum olduğunu bildirir. İstisna deyil ki, nömrə saxtadır.
Rusiya mətbuatı soyğun zamanı Zaur Qədimovun görüntüsü yayıb. Hadisəni təsadüfən şahidlərdən biri lentə ala bilib və çəkdiyi kadrı "Life News"a təqdim edib. Həmin kadrdan görünür ki, qara maskalı, kamufulyajlı şəxs əlindəki avtomatı yerə yıxılmış Zaur Qədimovun başına dirəyib. Kadrda maskalılardan daha biri gözə dəyir.
Moskva hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, hücum edənlər 10 nəfər olub. Onlar polis vəsiqəsi təqdim edərək və Z.Qədimovu gözləyən cangüdənləri əllərinə qandal keçirdərək mikroavtobusa mindiriblər, avtopark ərazisindən çıxarıblar və geri qayıdaraq milyonlarla dollarla gələn sərnişini gözləməyə başlayıblar.
Bu zaman maskalılardan bir neçəsi əlləri qandallanmış cangüdənlərə nəzarət edib.
Basqına məruz qalan Z.Qədimov da danışıb. O bildirib ki, aeroportun D terminalından çıxan kimi maskalıların hücumuna məruz qalıb. Z.Qədimov bildirib ki, ona hücum edən maskalılar 6 nəfər olub. Maskalılar Z.Qədimovu avtomatla hədələyərək onu tünd-göy rəngli "Sobol” mikroavtobusa mindiriblər və aeroportun ərazisindən çıxarıblar. Z.Qədimov deyib ki, aeroportun ərazisindən çıxan kimi hücum edənlər onun əlindəki çantanı alıblar, özünü isə avtomobildən yola atıblar.

.

bizimyolinfo.com

.

Maybe you are interested in:

Azərbaycan 21 məhbusu İrana verib

Günay İsmayılovaya hücum olub

Dağıstanda qanlı toqquşma...

Ukraynada azərbaycanlı ilə yerlilər arasındakı qarşıdurmanın təfərrüatları məlum olub

Bakıdan Moskvaya 500 milyonluq "gözdağı"

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz