Azərbaycan 21 məhbusu İrana verib
Martın 2-də Azərbaycan 21 nəfər iranlı məhbusu cəzalarının qalan hissəsini çəkmək üçün ölkəsinə təhvil verib. Təhvilvermə Astara sərhəd-keçid məntəqəsində olub.
İranın Azərbaycandakı səfirliyinin məlumatına görə, təhvil verilənlərin 3 nəfəri qadın olub.
Məhbusların təhvil verilməsi iki ölkə arasında məhbusların mübadiləsinə dair sənədə əsasən həyata keçirilib.
Hazırda Azərbaycan həbsxanalarında 128 İran vətəndaşı olan məhbus var. 63 nəfər isə istintaq təcridxanalarında saxlanılır.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
ABŞ-Azərbaycan müdafiə məsləhətləşmələri olub
Yanğın qurbanlarının sayı 15 nəfərə çatdı
Şərh əlavə edin