Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycan və İran sərhəd xidmətləri arasında əməkdaşlığın gücləndirilməsinə dair razılıq əldə olunub

 

Martın 9-da Bakıda Azərbaycan və İran  sərhəd qoşunları komandanları Elçin Quliyevlə Qasım Rezainin görüşündə iki ölkə arasında sərhəd təhlükəsizliyinin təminatı məsələləri müzakirə olunub. Azərbaycan Sərhəd Xidmətinin məlumatında deyilir ki, tərəflər sərhəd-buraxılış məntəqələrinin fəaliyyətinin bərpası, Xəzərdə qanunsuz fəaliyyət, qeyri-leqal miqrasiya və qaçaqmalçılıq, qanunsuz narkotik maddə və silah dövriyyəsinə qarşı mübarizə məsələlərini müzakirə ediblər.  

Tərəflər sadalanan məsələlərlə bağlı informasiya və təcrübə mübadiləsinə hazır olduqlarını bildiriblər.

Həmçinin "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi və Astara-Astara dəmir yolunu inşası baxımından əməkdaşlığın genişləndirilməsindən danışılıb.

İran nümayəndə heyətinin səfəri çərçivəsində Q.Rezai sərhəd qoşunları aparatının bölmələri və bir sıra hərbi obyektlərin fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, Rusiya Sərhəd Xidmətinin komandanı general Vladimir Kulişovun səfəri barədə heç nə deyilmir. Bundan öncə bəyan edilib ki, Bakıda Azərbaycan, İran və RF sərhəd qoşunları komandanlarının üçtərəfli görüşü olacaq.

.

www.contact.az

.

Maybe you are interested in:

Azərbaycan, İran və Rusiya XİN rəhbərlərinin görüşü aprelin 7-də keçiriləcək

Azərbaycan, İran və Rusiya sərhədçiləri nə barədə razılığa gəliblər?

Azərbaycan 21 məhbusu İrana verib

Tehran Xəzərdə neft-qaz yataqlarının birgə işlənməsini təklif edir

Azərbaycan-Amerika hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz