Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycan, İran və Rusiya sərhədçiləri nə barədə razılığa gəliblər?

 

İran və Azərbaycan birgə sərhədlərin mühafizəsi sahəsində əməkdaşlığı inkişaf etdirəcəklər. Bu barədə İran sərhəd qoşunları komandiri general Kazım Rezai martın 8-də Bakıya gəldikdən sonra bildirib.

Rezai jurnalistlərlə söhbətində bildirib ki, birgə əməkdaşlıq proqramı çərçivəsində hər il Tehranda, Bakıda və hər iki ölkənin digər şəhərlərində bu mövzuda müzakirələr aparılan iclaslar keçirilir.

Bakıya səfər çərçivəsində İran, Azərbaycan və Rusiya sərhəd qoşunları rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək. Görüş zamanı həmçinin İran və Rusiya sərhəd xidmətləri rəhbərlərinin ikitərəfli görüşü də keçiriləcək.

Müzakirə mövzusu regionda terrorizmə qarşı mübarizədir.

Qeyd edək ki, martın 8-də Kazım Rezai, Azərbaycan Dövlət Sərhəd Xidmətinin komandanı Elçin Quliyev və RF FTX Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişovun görüşü haqqında rəsmi məlumat daxil olmayıb.

Üçtərəfli görüş haqqında ilkin məlumat İranın Bakıdakı səfirindən gəlib, o, görüş mövzusu kimi qanunsuz narkotik dövriyyəsinə qarşı birgə mübarizəni, habelə hər üç ölkənin terror elementlərinin nüfuzundan qorunmasını göstərib. 

.

www.contact.az

.

Maybe you are interested in:

Azərbaycan və İran sərhəd xidmətləri arasında əməkdaşlığın gücləndirilməsinə dair razılıq əldə olunub

Tehran Xəzərdə neft-qaz yataqlarının birgə işlənməsini təklif edir

Xəzərdə İran-Rusiya təlimatları

Lavrov-Məmmədyarov görüşlərinin yeni detalları

Tehranda İran-Azərbaycan müzakirələri: razılaşmalar var

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz