Qaxda bir qrup dindar saxlanılıb
Qax rayonunda bir qrup dindar saxlanılıb. Bu barədə Turan-a yerli məlumatlı mənbə bildirib.
Öz növbəsində DİN-in mətbuat xidmətindən Turan-ın müxbirinə bildiriblər ki, görünür, söhbət martın 23-də baş vermiş hadisədən gedir. Belə ki, Qaxda yaşayan Givi Xusişvili 56 nəfərin iştirakı ilə (Qax, Zaqatala, Bakı sakinləri) qanunsuz dini mərasim keçirib.
Axtarış zamanı onun mənzilində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçməyən dini ədəbiyyat, DVD disklər, videokasetlər aşkar edilib.
Xusişvilinin hansı ölkənin vətəndaşı olduğu açıqlanmır.
Ona və digər tədbir iştirakçılarına qarşı hansı tədbirlərin görüldüyü də məlum deyil.
Qetd edək ki, sözügedən zonada etnik gürcülər -ingiloylar yaşayır. Onların bir hissəsi islam, digər qismi pravoslav dininə etiqad edir.
.
Maybe you are interested in:
Baş Prokurorluq: “Müsəlman Birliyi”nin 68 üzvü həbs edilib
Zaqatalada həbs edilənlər var
Human Rights Watch-un əməkdaşı Bakıdan deportasiya olunub