Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Human Rights Watch-un əməkdaşı Bakıdan deportasiya olunub

 

Human Rights Watch təşkilatının nümayəndəsi Giorgi Gogia martın 31-də yerli vaxtla saat 21-də Bakıdan Tbilisiyə deportasiya olunub. Bu barədə Turana Tbilisidəki mənbələrdən bəlli olub.

Öz növbəsində  Gürcüstanın Azərbaycandakı səfirliyinin birinci katibi Kaxa Abdeladze Turana  bildirib ki, onda olam məlumata görə, Gogia Bakı Beynəlxalq Hava limanının neytral zonasında saxlanılıb və AZALın saat 21.00 reysilə Tbilisiyə qaytarılmalı idi.

Diplomat Gürcüstan vətəndaşı olan Giorgi Gogianın saxlanmasının səbəblərinin bilmədiyini  deyib.

 

*   *   *

2015 Mart 31 (Çərşənbə axşamı) 19:07:17

Human Rights Watch-un əməkdaşı Georgi Qogia bir gündən çoxdur Bakı aeroportunda saxlanılır. Bu barədə Turan-a sözügedən hüquq müdafiə təşkilatının nümayəndəsi Reyçel Denber bildirib. Onun sözlərinə görə, Qogia martın 30-da saat 1:30-da Bakıya çatıb. O, Rəsul Cəfərov və İntiqam Əliyevin işləri üzrə məhkəmə proseslərində iştirak etməyi planlaşdırırdı.

Aeroportda sərhəd yoxlamasında heç bir izahat vermədən, onun Azərbaycana girişinə icazə verməyiblər.

Sərhəd Xidmətinin əməkdaşı onun pasportunu alıb və onu zalda qoyub gedib. O vaxtdan etibarən ona heç nə demirlər və pasportunu vermirlər.

"Biz hakimiyyətin Georginin pasportunu qaytarmasını və onun ölkədən çıxmasına imkan yaratmasını tələb edirik”, deyə Reyçel Denber bildirib. 

*   *   *

2015 Mart 31 (Çərşənbə axşamı) 16:37:20

Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatının nümayəndəsi Georgi Qogia martın 31-də saat 17-də Bakı aeroportunda saxlanılıb. Bu barədə Avropa Şurasının insan hüquqları üzrə keçmiş komissarı Tomas Hammerberq Tvitterdəki mikrobloqunda yazıb.

Turan-ın Azərbaycan XİN-ə sorğusuna cavabda bununla bağlı məlumata malik olmadıqlarını bildiriblər. Sərhəd Xidmətindən şərh almaq da mümkün olmayıb.

Qogianın mobil telefonu vasitəsilə əlaqə saxlamaq da mümkün olmayıb.

Qogianın Bakıya gəlişinin məqsədi açıqlanmır. Həmçinin, onun məhz haradan gəldiyi də məlum deyil.

Qeyd edək ki, Human Rights Watch Azərbaycan hakimiyyətini insan hüquqlarının pozulmasına görə ən çox tənqid edən hüquq müdafiə təşkilatlarından biridir. Bakıda rəsmilər Human Rights Watch-u müəyyən dairələr tərəfindən rəsmi Bakıya təzyiq məqsədilə istifadə olunan satqın, erməniyönlü və düşmən qurum adlandırır.

Öz növbəsində, Georgi Qogia Human Rights Watch-un Azərbaycanda pozuntular haqqında daim və çox yazan əməkdaşlarından biridir. 

.

contact.az

.

Maybe you are interested in:

HRW: Hökumətin hüquq müdafiəçilərinə qarşı misli görünməmiş repressiyaları

Amnesty International nümayəndələri Bakı aeroportundan deportasiya olunublar

Hakimiyyətin “jurnalistlər üzərinə amansız hücumları” pislənir

Britaniyalı jurnalist akreditə olunsa da Bakıdan deportasiya edilib

Giorgi Gogia Deported from Baku

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz