Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Britaniyalı jurnalist akreditə olunsa da Bakıdan deportasiya edilib

 

"İnsan üçün idman” platformasının fəalı Emma Hyuz ötən gecə Bakı hava limanında saxlanılıb. Sərhəd xidməti onun ölkəyə girişini qadağan edib.  Bildirilib ki, onun adı arzuolunmaz şəxslərin "qırmızı siyahısı”na daxil  edilib. Hyuzun pasportu əlindən alınıb və deyilib ki, deportasiya olunacaq. Bu barədə Platformalondon.org resursu bildirib.

Son həftələr Hyuz Azərbaycanda siyasi məhbusların olmasına diqqəti çəkmək üçün yaradılan "İnsan üçün idman” koalisiyası çərçivəsində fəal kampaniya aparır.

O, iyunun 12-də başlayacaq Avropa Oyunlarını işıqlandırmaq üçün akreditə olunub. Lakin ölkəyə girişindən imtina edilib, Bakı hava limanında saxlanılıb.

E.Hyuz həm də Red Pepper  jurnalının həmredaktorudur.

"Məni BP-Əliyev rejiminin əmri ilə saxlayıblar çox güman ki, deportasiya edəcəklər”, -  o, telefonla öz həmkarlarına bildirib.

"Bu ölkədə jurnalistlər, hüquqşünaslar, alimlər, yazıçılar və fəallar həbsdədir. Ölkənin gələcəyi həbsdədir, BP isə əvvəlkitək bu rejimlə birgə işləyir”, -o qeyd edib.

"Emmanın Bakı hava limanında saxlanması hiddət doğurur. Azərbaycan hakimiyyəti Avropa Oyunlarının irəliləməsi üçün böyük bir sərvət xərcləyib və bütün dünyanı bu tamaşada iştiraka dəvət edib. Bu, bir daha göstərir ki, ölkənin xaricdə müsbət imici ilə bağlı cəhdlərinə baxmayaraq, bu parıltı arxasında daha məşum həqiqətlər var”, - sözügedən platformanın üzvü Rebekka Vinsent bildirib.

Turan-a məlum olub ki, iyunun 10-da səhər E.Hyuz Bakıdan deportasiya edilib.

.

contact.az

.

Maybe you are interested in:

AŞPA Azərbaycanda insan hüquqları üzrə yeni məruzəçi təyin edib

Amnesty International nümayəndələri Bakı aeroportundan deportasiya olunublar

“Hüquqlar naminə idman” koalisiyası Azərbaycanda söz və KİV azadlığına hücumları pisləyir

HRW Bakıda Avropa Oyunlarının işıqlandırılması üçün təlimat hazırlayıb

Human Rights Watch-un əməkdaşı Bakıdan deportasiya olunub

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz