Federal lәzgi
milli-mәdәni muxtariyyәti

HRW Bakıda Avropa Oyunlarının işıqlandırılması üçün təlimat hazırlayıb

 

Human Rights Watch Bakıda Avropa Oyunlarını işıqlandıracaq jurnalistlər üçün təlimatı dərc edib. Bu sənəddə əsas insan hüquqları problemləri, kəskin şəkildə pisləşən vəziyyət və Azərbaycan hökumətinin bütün bu əməllərinin Olimpiya Xartiyasına necə zidd olduğu əksini tapır. 

"Hökumət repressiyaları bu oyunları qeyri-düzgün edir və jurnalistlər bunu bilməlidirlər. Təlimatda hakimiyyətin fərqli düşüncənin boğulması üzrə misli görünməmiş kampaniyası təsvir edilib”, deyə Ceyn Byukenen bildirib.

"Bütün bunlar 35-dən çox jurnalist, hüquq müdafiəçisi və fəalların həbsxanaya düşməsinə, çoxlarının isə ölkəni tərk etmək məcburiyyətində qalmasına gətirib çıxarıb”, deyə o qeyd edib.

KİV azadlığının məhdudlaşdırılması və yerli jurnalistlərin həbsi xarici mətbuatın Avropa Oyunlarını işıqlandırmaq qabiliyyətini və ölkədə ümumi vəziyyəti pisləşdirir, HRW belə hesab edir.

"Bakı oyunları Olimpiya Xartiyasının himayəsi altında təşkil edilib. Bu xartiyada insan ləyaqətinə hörmət prinsipi və onun təşviqində idmanın rolu təsbit edilib. Hakimiyyətin siyasəti bu prinsipə ziddir”, deyə Byukenen bildirib.

Jurnalistlər üçün Avropa Oyunlarının işıqlandırılması üzrə Təlimatı aşağıdakı linkdə oxumaq olar:

http://www.hrw.org/news/2015/05/05/reporters-guide-covering-2015-european-games-baku-azerbaijan

.

contact.az

.

Maybe you are interested in:

HRW: Hökumətin hüquq müdafiəçilərinə qarşı misli görünməmiş repressiyaları

Avropa Şurasının baş katibi Azərbaycan üzrə araşdırmaya başlayır

Mujnieks Azərbaycanda demokratik perspektivlər görmür

Amnesty International: İnsan hüquqlarının pozulması Avropa Oyunlarına ləkə gətirib

Avropa Oyunları başlayana qədər Azərbaycan bütün siyasi məhbusları azad etməlidir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz