Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Komitə sədri Qərbi Azərbaycanda dini durumu gərginləşdirməkdə suçlayıb

 

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda və islam ölkələrində dini sahədəki durumla bağlı məıtbuata açıqlama verib.

Şagirdlərə dinin əsaslarının tədris olunması ilə bağlı IX-X sinif şagirdlərinə dini təhsil mümkün sayılıb. Dini tədrisi nəzərdə tutan dərsliyin adının "Dini bilgilərin əsasları” və ya "Din və mədəniyyətin əsasları” ola biləcəyi vurğulanıb. Onun fikrincə, belə fənn yarım dərs ili ərzində məktəblərdə tədris oluna bilər. Dərslikdə dinin mahiyyəti və gənclərin ayıq-sayıq ola bilməsi üçün zərərli dini cərəyanlar haqda məlumat verilməsi də mümkün sayılır.

Hazırda dünyanın 30 ölkəsində qanlı toqquşmalar getdiyi deyilib və bunun 12-sinin dini əsaslı olduğu və islam ölkələri daxilində çox olduğu bildirilib. Son 14 ildə  toqquşmalar nəticəsində dünyada 1 milyon 200 min nəfərdən çox insann həlak olduğu, bu ölümlərin xeyli hissəsinin dini əsaslı toqquşmalar nəticəsində baş verdiyi ifadə edilib. "Tövrat, İncil, Quran kitablarının heç birində müharibəyə çağırış, insanların öldürülməsi çağırışları yoxdur. Müqəddəs kitablar insanları humanizmə, sülhə, qardaşlığa çağırır. "Quran-i-Kərim” insanları sülhə çağırır”, - deyə M.Qurbanlı islam ölkələrində dini əsaslı toqquşmaların heç də dindən qaynaqlanmadığını bidlirib.

Komitə sədri Qərb ölkələrinin, o cümlədən ABŞ-ı, dini tolerantlıq sahəsində Azərbaycandan öyrənməyə çağırıb. O, hazırda Orta Şərq ölkələrində baş verən silahlı toqquşmalara görə Qərb ölkələrini ittiham edib. O, Qərb ölkələrini radikal islamçı qrupları siyasi səhnəyə daha qabarıq şəkildə çıxarmaqda günahlandırıb. Onun fikrincə, bu qrupları hərbi baxımdan Qərb hazırlayıb və bu prosesə Qərb emissarlarının iştirakı barədə yüzlərlə faktlar var. "Qərbin bu son intriqası nəticəsində "Allahu əkbər” sədası ilə müsəlman müsəlmanı qətlə yetirir, sünni şiənin məscidini partladır, şiə də sünnilərə eyni cavabı verir, vəhabilər isə hər ikisinin kəndlərini dağıdır”, - deyə Komitə sədri ittihamlarını davam etdirib.

"Acı gerçəklik odur ki, xaç yürüşləri bu gün də davam edir, amma onu XXI əsrdə müsəlmanı müsəlmana qırdırmaqla həyata keçirirlər. Bu prosesdə Qərbin strateji mərkəzləri, necə deyərlər, "bir güllə ilə iki dovşan” vururlar. Bir tərəfdən islam dini dünya ictimai rəyində gözdən salınır, digər tərəfdən "idarə olunan xaos” yolu ilə məqsədə nail olunur - ərəb dünyası, Yaxın Şərq qan çanağına çevrilir”, deyə komitə sədri tarixi xaç yürüşlərilə bugünki hadisələr arasında paralel aparıb. Komitə sədri Qərb ölkələrini Afrikadan Cənubi-Şərqi Asiyaya kimi coğrafi arealın təbii və insan resurslarını nəzarətdə saxlamaq kimi imperiyaçı siyasətdə suçlayıb.

Komitə sədrinə görə, Azərbaycanda dini durumu gərginləşdirmək üçün kənar qüvvələrin təsiri hələ tam kəsilməyib, buna cəhdlər var. Onun fikrincə, Azərbaycanda dini icmalar arasında süni gərginlik yaratmaqla Yaxın Şərqdəki prosesləri ölkəyə ixrac etmək təşəbbüsləri davam edir, amma bu cəhdlər uğursuzluğa düçar olur.

M.Qurbanlı ölkədə həyata keçirilən düzgün dini siyasət nəticəsində bu sahədə mövcud olan "beşinci kolonlar”ın da iflasa uğradıldığını, ölkədə dini zəmində hansısa ixtilaf yaratmaq cəhdinin qarşısını almaq gücündə olan mükəmməl hüquq-mühafizə sistemi olduğunu vurğulayıb.

Son olaraq, komitə sədri Azərbaycanda siyasi yönümdə gərginlik yarada bilməyən məlum anti-azərbaycançı şəbəkənin dini yönümdə də mənfi niyyətini həyata keçirə bilməyəcəyi bəyanatı səsləndirib. 

.

contact.az

.

Maybe you are interested in:

Qaxda bir qrup dindar saxlanılıb

Türkiyə və İran dini liderlərinin qapalı görüşü

İranın ali dini lideri xəstəxanaya yerləşdirilib

Təriqətlərin hakimiyyət üçün gizli mübarizəsi

Qusarın deputatı: “Terror törətmək istəyirlər”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz